https://sputnik.az/20231030/aqta-istehlaka-yararsiz-mehsullarin-satisa-cixarilmasinin-qarsisini-alib-460076947.html
AQTA istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısını alıb
AQTA istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısını alıb
Sputnik Azərbaycan
Emal edilmiş məhsullardan və xammallardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T12:44+0400
2023-10-30T12:44+0400
2023-10-30T12:44+0400
aqta
paytaxt xəbərləri
nöqsan
toyuq əti
https://cdnn1.img.sputnik.az/img/42401/03/424010375_0:157:3071:1884_1920x0_80_0_0_159fba3684782790a193a8d2adc8550f.jpg
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri Sabunçu rayonunda yerləşən, fiziki şəxs Nəbiyev Sübhan Nazim oğluna məxsus toyuq əti hissələrinin və unlu məmulatların emalı müəssisəsində plandankənar yoxlama keçirib. AQTA-dan verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların üzərində qanunvericiliyin tələblərinə uyğun etiketlənmə və markalanmanın həyata keçirilmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, çalışan işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Emal edilmiş məhsullardan və xammallardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. İstehlaka yararsız müxtəlif növ məhsulların satışa çıxarılmasının qarşısı alınıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə çalışan işçinin dövri tibbi müayinə arayışları təmin edilənədək işdən kənarlaşdırılmasına və aşkarlanmış nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42401/03/424010375_0:0:2731:2048_1920x0_80_0_0_b5bb8de0c5bcbf986c540c47c9f2709f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta, nöqsan, toyuq əti
AQTA istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısını alıb
Emal edilmiş məhsullardan və xammallardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri Sabunçu rayonunda yerləşən, fiziki şəxs Nəbiyev Sübhan Nazim oğluna məxsus toyuq əti hissələrinin və unlu məmulatların emalı müəssisəsində plandankənar yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların üzərində qanunvericiliyin tələblərinə uyğun etiketlənmə və markalanmanın həyata keçirilmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, çalışan işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Emal edilmiş məhsullardan və xammallardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. İstehlaka yararsız müxtəlif növ məhsulların satışa çıxarılmasının qarşısı alınıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə çalışan işçinin dövri tibbi müayinə arayışları təmin edilənədək işdən kənarlaşdırılmasına və aşkarlanmış nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.