https://sputnik.az/20231028/ulyanov-maqate-zaes-de-tehlukesizlik-tedbirleri-isini-adekvat-isiqlandirmaga-baslayib-460036700.html
Ulyanov: MAQATE ZAES-də təhlükəsizlik tədbirləri işini adekvat işıqlandırmağa başlayıb
Ulyanov: MAQATE ZAES-də təhlükəsizlik tədbirləri işini adekvat işıqlandırmağa başlayıb
Sputnik Azərbaycan
Daimi nümayəndə stansiyada təhlükəsizliyin təmin edilməsi istiqamətində genişmiqyaslı işlərin aparıldığını qeyd edib. 28.10.2023, Sputnik Azərbaycan
2023-10-28T23:58+0400
2023-10-28T23:58+0400
2023-10-28T23:58+0400
maqate
zaporojye
aes
rusiya
agentlik
https://cdnn1.img.sputnik.az/img/07e6/09/01/445608945_0:96:3301:1953_1920x0_80_0_0_341c69ba00921e63edfc95a4c58b428e.jpg
BAKI, 28 oktyabr - Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) təhlükəsizliyinin təmin edilməsi üzrə işləri daha adekvat şəkildə işıqlandırmağa başlayıb. Bu barədə RİA Novosti Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovun söylədiklərinə istinadən xəbər verib. "Ümumiyyətlə, MAQATE-nin məlumat hesabatlarında və məruzələrində bu stansiyada təhlükəsizliyin lazımi səviyyədə ZAES-də təmin edilməsi maraqları naminə aparılan genişmiqyaslı işlər daha adekvat şəkildə işıqlandırılmağa başlayır", - deyə Ulyanov RİA Novosti-yə bildirib. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov 2022-ci il noyabrın sonunda bildirib ki, Rusiya nümayəndələri Zaporojye AES-in ətrafında nüvə təhlükəsizliyi zonasının yaradılması ilə bağlı MAQATE ilə intensiv məsləhətləşmələr aparırlar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, təhlükəsizlik zonasının yaradılmasında əsas məqsəd Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən ZAES-in atəşə tutulmasının zəmanətli dayandırılmasını təmin etməkdir. Bu ilin martında MAQATE-nin baş direktoru Rafael Qrossi söyləyib ki, agentlik Zaporojye atom elektrik stansiyasının mühafizəsi üçün yeni konsepsiya hazırlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/01/445608945_570:0:3301:2048_1920x0_80_0_0_b92193e8aacc3e9a193c969a8b94b4f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maqate, zaporojye, aes, agentlik
maqate, zaporojye, aes, agentlik
Ulyanov: MAQATE ZAES-də təhlükəsizlik tədbirləri işini adekvat işıqlandırmağa başlayıb
Daimi nümayəndə stansiyada təhlükəsizliyin təmin edilməsi istiqamətində genişmiqyaslı işlərin aparıldığını qeyd edib.
BAKI, 28 oktyabr - Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) təhlükəsizliyinin təmin edilməsi üzrə işləri daha adekvat şəkildə işıqlandırmağa başlayıb.
Bu barədə RİA Novosti Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovun söylədiklərinə istinadən xəbər verib.
"Ümumiyyətlə, MAQATE-nin məlumat hesabatlarında və məruzələrində bu stansiyada təhlükəsizliyin lazımi səviyyədə ZAES-də təmin edilməsi maraqları naminə aparılan genişmiqyaslı işlər daha adekvat şəkildə işıqlandırılmağa başlayır", - deyə Ulyanov RİA Novosti-yə bildirib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov 2022-ci il noyabrın sonunda bildirib ki, Rusiya nümayəndələri Zaporojye AES-in ətrafında nüvə təhlükəsizliyi zonasının yaradılması ilə bağlı MAQATE ilə intensiv məsləhətləşmələr aparırlar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, təhlükəsizlik zonasının yaradılmasında əsas məqsəd Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən ZAES-in atəşə tutulmasının zəmanətli dayandırılmasını təmin etməkdir.
Bu ilin martında MAQATE-nin baş direktoru Rafael Qrossi söyləyib ki, agentlik Zaporojye atom elektrik stansiyasının mühafizəsi üçün yeni konsepsiya hazırlayır.