https://sputnik.az/20231028/rusiya-xn-her-kesi-kiyevin-kursk-aes-e-hucumunu-qetiyyetle-pislemeye-cagirir-460047817.html
Rusiya XİN hər kəsi Kiyevin Kursk AES-ə hücumunu qətiyyətlə pisləməyə çağırır
Rusiya XİN hər kəsi Kiyevin Kursk AES-ə hücumunu qətiyyətlə pisləməyə çağırır
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Qərbin icazəsi olmadan bu cür hərəkətlər həyata keçirilə bilməz. 28.10.2023, Sputnik Azərbaycan
2023-10-28T21:11+0400
2023-10-28T21:11+0400
2023-10-28T21:11+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
kursk
aes
ukrayna
silahlı qüvvələr
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458413054_0:0:2283:1284_1920x0_80_0_0_33432ddeedf6abce284d532dce5c3ffd.jpg
BAKI, 28 oktyabr - Sputnik. Rusiya bütün hökumətləri Kiyevin Kursk Atom Elektrik Stansiyasına (AES) hücumlarını qətiyyətlə pisləməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün deyib. "Biz bütün hökumətləri Kiyevin son dərəcə təhlükəli və düzəlməz nəticələrə səbəb ola biləcək barbar hərəkətlərini qətiyyətlə qınamağa çağırırıq", - deyə diplomat vurğulayıb. Zaxarovanın sözlərinə görə, baş verənlərə beynəlxalq və ekoloji təşkilatlar, habelə vətəndaş cəmiyyəti də müvafiq qiymət verməlidir. "Kursk AES-i bombalamaqla Kiyev rejimi özünü ən iyrənc terror təşkilatları ilə eyni sıraya qoyub", - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib. Onun sözlərinə görə, hadisənin Qərbin icazəsi olmadan baş verə bilməməsi və bəlkə də Qərbin birbaşa göstərişi ilə törədilə bilməsi xüsusilə təşviş doğurur. Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus pilotsuz uçuş aparatının Kursk Atom Elektrik Stansiyasında nüvə tullantıları anbarına çırpıldığı barədə məlumat yayılıb. Ukrayna Silahlı Qüvvələrinin daha iki dronu stansiyanın inzibati bina kompleksinə düşüb. Bu, USQ-nin Kursk AES-ə ilk hücum cəhdi deyil. Bir müddət əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində, o cümlədən atom elektrik stansiyasının yaxınlığında Ukraynanın dronlarını ələ keçirib. Sonradan məlum olub ki, AES normal rejimdə işləyir, zərər çəkənlər və dağıntılar yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458413054_67:0:2108:1531_1920x0_80_0_0_02d9479e4b29fec3105190c78c1600ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, kursk, aes, ukrayna, silahlı qüvvələr
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, kursk, aes, ukrayna, silahlı qüvvələr
Rusiya XİN hər kəsi Kiyevin Kursk AES-ə hücumunu qətiyyətlə pisləməyə çağırır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Qərbin icazəsi olmadan bu cür hərəkətlər həyata keçirilə bilməz.
BAKI, 28 oktyabr - Sputnik. Rusiya bütün hökumətləri Kiyevin Kursk Atom Elektrik Stansiyasına (AES) hücumlarını qətiyyətlə pisləməyə çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün deyib.
"Biz bütün hökumətləri Kiyevin son dərəcə təhlükəli və düzəlməz nəticələrə səbəb ola biləcək barbar hərəkətlərini qətiyyətlə qınamağa çağırırıq", - deyə diplomat vurğulayıb.
Zaxarovanın sözlərinə görə, baş verənlərə beynəlxalq və ekoloji təşkilatlar, habelə vətəndaş cəmiyyəti də müvafiq qiymət verməlidir.
"Kursk AES-i bombalamaqla Kiyev rejimi özünü ən iyrənc terror təşkilatları ilə eyni sıraya qoyub", - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, hadisənin Qərbin icazəsi olmadan baş verə bilməməsi və bəlkə də Qərbin birbaşa göstərişi ilə törədilə bilməsi xüsusilə təşviş doğurur.
Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus pilotsuz uçuş aparatının Kursk Atom Elektrik Stansiyasında nüvə tullantıları anbarına çırpıldığı barədə məlumat yayılıb. Ukrayna Silahlı Qüvvələrinin daha iki dronu stansiyanın inzibati bina kompleksinə düşüb.
Bu, USQ-nin Kursk AES-ə ilk hücum cəhdi deyil. Bir müddət əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində, o cümlədən atom elektrik stansiyasının yaxınlığında Ukraynanın dronlarını ələ keçirib. Sonradan məlum olub ki, AES normal rejimdə işləyir, zərər çəkənlər və dağıntılar yoxdur.