Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov: "Rusiya "Xəzər beşliyi" formatında fəal şəkildə işləmək fikrindədir"

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Rusiyalı nazir qeyd edib ki, Xəzəryanı ölkələrin birgə fəaliyyəti bütün Avrasiya məkanında təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm amildir.
BAKI, 27 oktyabr — Sputnik. Moskva regionun səmərəli beynəlxalq əməkdaşlıq zonası kimi mövqeyini möhkəmləndirmək üçün Xəzər "beşliyi" (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) formatında fəal quruculuq işinə sadiqdir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər əməkdaşlığı üzrə idarələrarası komissiyanın ilk iclasında deyib.

"Rusiya bu regionun sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq zonası kimi mövqeyinin möhkəmləndirilməsi maraqları naminə "Xəzər Beşliyi" formatında fəal quruculuq işinə sadiqdir", - deyə XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, Xəzəryanı ölkələrin birgə fəaliyyəti bütün Avrasiya məkanında təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm amildir.
"Bizim işimiz Rusiyanın Xəzər dənizində çoxşaxəli maraqlarını həyata keçirmək üçün səylərin səmərəliliyini artırmaq, regionun ticarət-iqtisadi, tranzit, elmi, humanitar, digər sahələrdə və təbii ki, akvatoriyanın çox kövrək ekologiyasının qorunub saxlanmasıdır", - nazir bildirib.
Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Rusiya rəhbərliyinin prioritet nəzarəti altında olduğunu da qeyd edib.

"Bütün bu sahələr sahilyanı dövlətlərlə sıx qarşılıqlı əlaqə, maraqların uyğunlaşdırılması və Xəzər problemlərinin həllində birgə fəaliyyəti tələb edir", - o əlavə edib.

Bundan başqa, Lavrov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əsasən, yalnız "beşlik" ölkəsinin "bu unikal su hövzəsi ilə bağlı məsələlərdə müstəsna səlahiyyətə malik olduğunu qeyd edib.
Bundan əlavə, nazir vurğulayıb ki, Xəzəryanı ölkələr öz işlərində sağlam beynəlxalq hüquqi bazaya əsaslanırlar.

"Müxtəlif sahələrdə - ekologiya və iqtisadiyyatdan tutmuş fövqəladə halların qarşısının alınması və cavab tədbirlərinə qədər doqquz beştərəfli saziş qüvvəyə minib. Daha yeddi sənəd bütün sahilyanı ölkələr tərəfindən imzalanıb və hazırda daxili prosedurlardan keçir", - deyə Lavrov yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0