https://sputnik.az/20231027/putin-raket-ve-kosmik-senayenin-inkisafi-ile-bagli-iclas-kecirecek-459982668.html
Putin raket və kosmik sənayenin inkişafı ilə bağlı iclas keçirəcək
Putin raket və kosmik sənayenin inkişafı ilə bağlı iclas keçirəcək
Sputnik Azərbaycan
Rusiya Federasiyasının rəhbərinin iş günü kosmik mövzular çərçivəsində keçiriləcək. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T10:17+0400
2023-10-27T10:17+0400
2023-10-27T10:17+0400
rusiya prezidenti vladimir putin
iclas
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
raket
kosmik
sənaye
"roskosmos"
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458539238_0:158:3024:1859_1920x0_80_0_0_f003ad3fb30e50012ea75670136dc61c.jpg
BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin raket və kosmik sənayenin inkişafı ilə bağlı iclas keçirəcək. Bu barədə Kreml rəsmisi Dmitri Peskov brifinq zamanı jurnalistlərə bildirib. Prezidentin mətbuat katibi qeyd edib ki, Rusiya Federasiyasının rəhbərinin iş günü kosmik mövzular çərçivəsində keçiriləcək. “Prezident raket və kosmik sənayenin gənc alim və mütəxəssisləri ilə görüş keçirəcək. Onlarla söhbətdən sonra o, raket və kosmik sənayenin inkişafı ilə bağlı iclas keçirəcək”, - deyə Peskov bildirib. İclasda Putin “Roskosmos”un kosmik fəaliyyətlər üzrə dövlət korporasiyasının baş direktoru Yuri Borisov və “Energia” raket-kosmik korporasiyasının baş konstruktoru Vladimir Solovyovun məruzələrini dinləyəcək. Daha sonra Rusiya Elmlər Akademiyasının rəhbərləri prezidentin qarşısında çıxış edəcəklər. “Prezidentin Kremldə (planlaşdırılmış - redaktorun qeydi) ictimai olmayan iş görüşləri də var”, - deyə Peskov sözünü yekunlaşdırıb. Bundan əvvəl Dmitri Peskov bəyan etmişdi ki, Rusiya və KXDR rəhbərləri Vladimir Putin və Kim Çen In Şimali Koreyadan kosmosa astronavt göndərilməsi imkanını müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458539238_168:0:2856:2016_1920x0_80_0_0_63554e7b1e60e269daebe1ca4be39feb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya prezidenti vladimir putin, iclas, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, raket, kosmik, sənaye, "roskosmos"
rusiya prezidenti vladimir putin, iclas, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, raket, kosmik, sənaye, "roskosmos"
Putin raket və kosmik sənayenin inkişafı ilə bağlı iclas keçirəcək
Rusiya Federasiyasının rəhbərinin iş günü kosmik mövzular çərçivəsində keçiriləcək.
BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin raket və kosmik sənayenin inkişafı ilə bağlı iclas keçirəcək.
Bu barədə Kreml rəsmisi Dmitri Peskov brifinq zamanı jurnalistlərə bildirib.
Prezidentin mətbuat katibi qeyd edib ki, Rusiya Federasiyasının rəhbərinin iş günü kosmik mövzular çərçivəsində keçiriləcək.
“Prezident raket və kosmik sənayenin gənc alim və mütəxəssisləri ilə görüş keçirəcək. Onlarla söhbətdən sonra o, raket və kosmik sənayenin inkişafı ilə bağlı iclas keçirəcək”, - deyə Peskov bildirib.
İclasda Putin “Roskosmos”un kosmik fəaliyyətlər üzrə dövlət korporasiyasının baş direktoru Yuri Borisov və “Energia” raket-kosmik korporasiyasının baş konstruktoru Vladimir Solovyovun məruzələrini dinləyəcək. Daha sonra Rusiya Elmlər Akademiyasının rəhbərləri prezidentin qarşısında çıxış edəcəklər.
“Prezidentin Kremldə (planlaşdırılmış - redaktorun qeydi) ictimai olmayan iş görüşləri də var”, - deyə Peskov sözünü yekunlaşdırıb.
Bundan əvvəl Dmitri Peskov bəyan etmişdi ki, Rusiya və KXDR rəhbərləri Vladimir Putin və Kim Çen In Şimali Koreyadan kosmosa astronavt göndərilməsi imkanını müzakirə ediblər.