Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Ölkəyə qanunsuz silah daxil olmasını dayandırmaq üçün əlavə tədbirlər lazımdır

© Sputnik / Павел Бедняков / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirib və orada Rusiya Federasiyası ərazisində silah alveri məsələlərini müzakirə edib.
BAKI, 27 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvlərini ölkəyə qeyri-qanuni silahların daxil olmasını dayandırmaq üçün normativ-hüquqi bazanın gücləndirilməsi üçün əlavə tədbirləri nəzərdən keçirməyə çağırıb.
Prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirib və orada Rusiya Federasiyası ərazisində silah alveri məsələlərini müzakirə edib.

"Biz bütün bu kanallara baxmalıyıq, nəzarət tədbirlərinin necə təşkil olunduğuna baxmalıyıq, tənzimləyici bazanın gücləndirilməsi üçün əlavə olaraq nə edilməli olduğuna baxmalıyıq. Ümumiyyətlə, burada çoxlu məsələlər kompleksi var", - Putin bildirib.

O qeyd edib ki, iclasda "Rosqvardiya"nın rəisi Viktor Zolotov və Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev bu məsələ ilə bağlı məruzə edəcəklər.
"Mən həmkarlarımdan daha ətraflı məlumat vermələrini xahiş edəcəm. Hamıdan xahiş edirəm ki, bugünkü operativ müşavirəmizin qərar layihəsinin müzakirəsinə qoşulsunlar", - prezident iclas iştirakçılarına müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0