https://sputnik.az/20231027/ayna-bakinin-merkezi-kucesinde-avtobus-zolagini-nezarete-goturub-460021143.html
AYNA Bakının mərkəzi küçəsində avtobus zolağını nəzarətə götürüb
AYNA Bakının mərkəzi küçəsində avtobus zolağını nəzarətə götürüb
Sputnik Azərbaycan
Adıçəkilən küçədə avtobus zolağı və dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T22:34+0400
2023-10-27T22:34+0400
2023-10-27T22:34+0400
ayna
paytaxt xəbərləri
zərifə əliyeva
küçə
yol
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447942851_0:120:1280:840_1920x0_80_0_0_11cd00b862de0560a323da310b355bd0.jpg
BAKI, 27 oktyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Zərifə Əliyeva küçəsində avtobus zolağı nəzarətə götürülüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə AYNA xəbər yayıb. Məlumata görə, adıçəkilən küçədə avtobus zolağı və dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir, sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar. Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur. Çoxsaylı müraciətləri nəzərə alaraq AYNA əməkdaşları Zərifə Əliyeva küçəsini nəzarətə götürüblər və hərəkətin tənzimlənməsində onlara Dövlət Yol Polisi əməkdaşları yardım edirlər. Qeyd edək ki, avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447942851_0:0:1280:960_1920x0_80_0_0_819f17bcf2067797704b4c4efd54d990.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ayna, zərifə əliyeva, küçə, yol
ayna, zərifə əliyeva, küçə, yol
AYNA Bakının mərkəzi küçəsində avtobus zolağını nəzarətə götürüb
Adıçəkilən küçədə avtobus zolağı və dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi.
BAKI, 27 oktyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Zərifə Əliyeva küçəsində avtobus zolağı nəzarətə götürülüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə AYNA xəbər yayıb.
Məlumata görə, adıçəkilən küçədə avtobus zolağı və dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir, sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar. Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur.
Çoxsaylı müraciətləri nəzərə alaraq AYNA əməkdaşları Zərifə Əliyeva küçəsini nəzarətə götürüblər və hərəkətin tənzimlənməsində onlara Dövlət Yol Polisi əməkdaşları yardım edirlər.
Qeyd edək ki, avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.