https://sputnik.az/20231027/atet-abs-ve-a-ye-xidmet-edir---aleksey-sevtsov-460020054.html
ATƏT ABŞ və Aİ-yə xidmət edir - Aleksey Şevtsov
ATƏT ABŞ və Aİ-yə xidmət edir - Aleksey Şevtsov
Sputnik Azərbaycan
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini bildirib ki, ATƏT faktiki olaraq təhlükəsizlik məsələlərini, o cümlədən münaqişələrin həllini effektiv şəkildə... 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T16:21+0400
2023-10-27T16:21+0400
2023-10-27T16:27+0400
rusiya
rusiya
təhlükəsizlik şurası
atət
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527227_0:0:3072:1728_1920x0_80_0_0_c3e8d742abb6b1dfa6e1704c1a1f1ce7.jpg
BAKI, 27 oktyabr — Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) problemlərin həlli üçün effektiv platforma olmaqdan çıxıb və birbaşa Vaşinqton və Brüsselin maraqlarına xidmət etməyə başlayıb. Bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib. O, "Avrasiya təhlükəsizliyi: Dəyişən Dünyada reallıq və perspektivlər" beynəlxalq konfransında çıxışı zamanı deyib:Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatıdır. 1 avqust 1975-ci il tarixində Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalayıblar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanıb. Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak ediblər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527227_341:0:3072:2048_1920x0_80_0_0_d99415434d80eebfc3c55002f4c8bafc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, təhlükəsizlik şurası, atət
rusiya, təhlükəsizlik şurası, atət
ATƏT ABŞ və Aİ-yə xidmət edir - Aleksey Şevtsov
16:21 27.10.2023 (Yenilənib: 16:27 27.10.2023) Rusiya Təhlükəsizlik Şurası katibinin müavini bildirib ki, ATƏT faktiki olaraq təhlükəsizlik məsələlərini, o cümlədən münaqişələrin həllini effektiv şəkildə həll etmək qabiliyyətini itirib.
BAKI, 27 oktyabr — Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) problemlərin həlli üçün effektiv platforma olmaqdan çıxıb və birbaşa Vaşinqton və Brüsselin maraqlarına xidmət etməyə başlayıb. Bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.
O, "Avrasiya təhlükəsizliyi: Dəyişən Dünyada reallıq və perspektivlər" beynəlxalq konfransında çıxışı zamanı deyib:
"ATƏT faktiki olaraq təhlükəsizlik məsələlərini, o cümlədən münaqişələrin həllini effektiv şəkildə həll etmək qabiliyyətini itirib və indi birbaşa ABŞ və Avropa İttifaqının geosiyasi maraqlarına xidmət edir".
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatıdır.
1 avqust 1975-ci il tarixində Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalayıblar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanıb. Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.
ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.
ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak ediblər.
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.