https://sputnik.az/20231026/rf-lideri-qerb-coxqutblu-dunyaya-qarsi-rusofobiya-ve-islamofobiyadan-istifade-edir-459980966.html
RF lideri: Qərb çoxqütblü dünyaya qarşı rusofobiya və islamofobiyadan istifadə edir
RF lideri: Qərb çoxqütblü dünyaya qarşı rusofobiya və islamofobiyadan istifadə edir
Sputnik Azərbaycan
Rusiya lideri Vladimir Putin vurğulayıb ki, dünyada müəyyən qüvvələr müsəlmanlarla yəhudilər, şiələr və sünnilər, pravoslavlar və katoliklər arasında... 26.10.2023, Sputnik Azərbaycan
2023-10-26T23:21+0400
2023-10-26T23:21+0400
2023-10-26T23:21+0400
putin
rusiya
qərb
islamofobiya
rusiya prezidenti vladimir putin
vladimir putin
avropa ittifaqı
avropa
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459577838_0:0:3067:1725_1920x0_80_0_0_12020ad73cdad05fa69b1b163b2b03ba.jpg
BAKI, 26 oktyabr — Sputnik. İslamofobiya, antisemitizm və rusofobiya Qərb üçün dünyada çoxqütblülüyün formalaşmasının qarşısını almaqdan ötrü bir vasitəyə çevrilib. Bunu Rusiya lideri Vladimir Putin Kremldə Rusiya dini birliklərinin nümayəndələri ilə görüşündə deyib. “Qərbdə çoxqütblü dünya quruluşunun formalaşması prosesinin necə gücləndiyini görürlər və müstəqil, suveren ölkələrin inkişafını dayandırmaq, dünya çoxluğunu parçalamaq üçün islamofobiya, antisemitizm, rusofobiya kimi bütün vəsaitləri istifadəyə verirlər”, - Rusiya Federasiyasının prezidenti belə hesab edir. Putin vurğulayıb ki, rusiyalılar müxtəlif dinlərə mənsub olmalarına baxmayaraq, Rusiyanın rifahı və təhlükəsizliyi üçün ümumi məsuliyyət daşıyan bir xalqdır. “Bizim hamımız - pastorlar, ruhani liderlər, xristianlar, müsəlmanlar, buddistlər, yəhudi dininin davamçıları üçün belə harmoniya, cəmiyyətimizin birliyi mütləq dəyərdir”, - deyə ölkə başçısı qeyd edib. Putin vurğulayıb ki, dünyada müəyyən qüvvələr müsəlmanlarla yəhudilər, şiələr və sünnilər, pravoslavlar və katoliklər arasında münaqişələr yaratmağa çalışır. O xatırladıb ki, Avropa ölkələri uzun müddətdir ki, müsəlman ziyarətgahlarına qarşı küfr və vandalizmə məhəl qoymur, nasist cinayətkarlarını və antisemitləri şan-şöhrətlə “qanadlandırır”, Ukraynada isə kanonik pravoslav kilsəsini qadağan etməyə çalışırlar. Rusiya prezidenti hesab edir ki, bütün bunlar “dünyada qeyri-sabitliyi artırmaq, mədəniyyətləri, xalqları, dünya dinlərini parçalamaq, sivilizasiyalararası qarşıdurmanı qızışdırmaq” məqsədi ilə həyata keçirilir. Daha əvvəl Vladimir Putin bildirib ki, bir çox ölkələrin artan potensialı ilə çoxqütblü dünya yaradılır. O qeyd edib ki, çoxqütblü dünya düzəninin qurulması prosesi qaçılmazdır və tarixən zəruridir. Putin onu da qeyd edib ki, dünya, tədricən başqalarını iqtisadi əsarətə salmağa çalışan ayrı-ayrı ölkələrin diktaturasından xilas olur. Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqının formalaşmaqda olan çoxqütblü dünyadan qorxmadığını bildirib. Eyni zamanda, o vurğulayıb ki, dinc fəaliyyət üçün çoxqütblülük mütləq tənzimlənməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459577838_168:0:2899:2048_1920x0_80_0_0_30afe7c86b561a95898eaec123f09188.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, qərb, islamofobiya, rusiya prezidenti vladimir putin, vladimir putin, avropa ittifaqı, avropa
putin, qərb, islamofobiya, rusiya prezidenti vladimir putin, vladimir putin, avropa ittifaqı, avropa
RF lideri: Qərb çoxqütblü dünyaya qarşı rusofobiya və islamofobiyadan istifadə edir
Rusiya lideri Vladimir Putin vurğulayıb ki, dünyada müəyyən qüvvələr müsəlmanlarla yəhudilər, şiələr və sünnilər, pravoslavlar və katoliklər arasında münaqişələr yaratmağa çalışır.
BAKI, 26 oktyabr — Sputnik. İslamofobiya, antisemitizm və rusofobiya Qərb üçün dünyada çoxqütblülüyün formalaşmasının qarşısını almaqdan ötrü bir vasitəyə çevrilib.
Bunu Rusiya lideri Vladimir Putin Kremldə Rusiya dini birliklərinin nümayəndələri ilə görüşündə deyib.
“Qərbdə çoxqütblü dünya quruluşunun formalaşması prosesinin necə gücləndiyini görürlər və müstəqil, suveren ölkələrin inkişafını dayandırmaq, dünya çoxluğunu parçalamaq üçün islamofobiya, antisemitizm, rusofobiya kimi bütün vəsaitləri istifadəyə verirlər”, - Rusiya Federasiyasının prezidenti belə hesab edir.
Putin vurğulayıb ki, rusiyalılar müxtəlif dinlərə mənsub olmalarına baxmayaraq, Rusiyanın rifahı və təhlükəsizliyi üçün ümumi məsuliyyət daşıyan bir xalqdır.
“Bizim hamımız - pastorlar, ruhani liderlər, xristianlar, müsəlmanlar, buddistlər, yəhudi dininin davamçıları üçün belə harmoniya, cəmiyyətimizin birliyi mütləq dəyərdir”, - deyə ölkə başçısı qeyd edib.
Putin vurğulayıb ki, dünyada müəyyən qüvvələr müsəlmanlarla yəhudilər, şiələr və sünnilər, pravoslavlar və katoliklər arasında münaqişələr yaratmağa çalışır. O xatırladıb ki, Avropa ölkələri uzun müddətdir ki, müsəlman ziyarətgahlarına qarşı küfr və vandalizmə məhəl qoymur, nasist cinayətkarlarını və antisemitləri şan-şöhrətlə “qanadlandırır”, Ukraynada isə kanonik pravoslav kilsəsini qadağan etməyə çalışırlar.
Rusiya prezidenti hesab edir ki, bütün bunlar “dünyada qeyri-sabitliyi artırmaq, mədəniyyətləri, xalqları, dünya dinlərini parçalamaq, sivilizasiyalararası qarşıdurmanı qızışdırmaq” məqsədi ilə həyata keçirilir.
Daha əvvəl Vladimir Putin bildirib ki, bir çox ölkələrin artan potensialı ilə çoxqütblü dünya yaradılır. O qeyd edib ki, çoxqütblü dünya düzəninin qurulması prosesi qaçılmazdır və tarixən zəruridir. Putin onu da qeyd edib ki, dünya, tədricən başqalarını iqtisadi əsarətə salmağa çalışan ayrı-ayrı ölkələrin diktaturasından xilas olur.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqının formalaşmaqda olan çoxqütblü dünyadan qorxmadığını bildirib. Eyni zamanda, o vurğulayıb ki, dinc fəaliyyət üçün çoxqütblülük mütləq tənzimlənməlidir.