Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mişustin ŞƏT-ə müstəqil regional ödəniş mexanizmi yaratmağı təklif edib

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidMişustin
Mişustin  - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
Rusiyanın baş naziri bu məsələni ŞƏT-ə üzv dövlətlərin Hökumət Başçıları Şurasının geniş tərkibdə keçirilən iclasında qaldırıb.
BAKI, 26 oktyabr — Sputnik. Baş nazir Mixail Mişustin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri üçün müstəqil regional ödəniş və hesablaşma mexanizminin formalaşdırılması barədə düşünməyi təklif edib.
Bu barədə “TASS” məlumat yayıb.
Rusiyanın baş naziri bu məsələni ŞƏT-ə üzv dövlətlərin Hökumət Başçıları Şurasının geniş tərkibdə keçirilən iclasında qaldırıb.
“Müstəqil regional ödəniş və hesablaşma mexanizminin formalaşdırılması və valyutalarımızın milli birjalarda konvertasiyasını təmin etmək barədə də düşünməyə dəyər”, - deyə Mişustin fikrini bildirib.
“Hüquqi və inzibati maneələri daha da aradan qaldırmaq və eyni zamanda, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üçün ödəniş infrastrukturu yaratmaq lazımdır”, - deyə Rusiya hökumətinin başçısı davam edib. Mişustin əlavə edib ki, ŞƏT ölkələri ödənişlərdə öz valyutalarından getdikcə daha çox istifadə edirlər.
Bundan əvvəl bildirilmişdi ki, Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının və ŞƏT Hökumət Başçıları Şurasının iclaslarında iştirak etmək üçün oktyabrın 25-26-da Qırğızıstanda işgüzar səfərdə olacaq.
Xəbər lenti
0