Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: NATO ATƏT-i marginal struktura çevirir

© AFP 2023 / GINTS IVUSKANSNATO
NATO  - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
ATƏT əvvəlcə təhlükəsizlik sahəsində bərabərhüquqlu dialoq və əməkdaşlıq platforması kimi yaradılıb, lakin hazırda heç nəyi təmsil etmir.
BAKI, 26 oktyabr — Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) NATO və Aİ-nin səyləri ilə marginal struktura çevrilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə danışıb.
Onun sözlərinə görə, ATƏT əvvəlcə təhlükəsizlik sahəsində bərabərhüquqlu dialoq və əməkdaşlıq platforması kimi yaradılıb, lakin hazırda heç nəyi təmsil etmir.
"ATƏT, NATO üzvlərinin və Avropa İttifaqı üzvlərinin səyləri ilə təhlükəsizlik sahəsində vəziyyətə heç bir dərəcədə təsir etməyən marjinal struktura çevrilir", - deyə o, Minskdə "Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər" mövzusunda beynəlxalq konfrans şərçivəsində bildirib.
Daha əvvəl Sergey Lavrov qeyd etmişdi ki, Rusiya ABŞ-ın Avropada nüvə silahı yerləşdirməsinə cavab olaraq "kompensasiya tədbirləri"nə əl atmağa məcburdur.
Xəbər lenti
0