Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova AP-nin "yaxşı ruslar üçün pasport" təqdim etmək ideyasını tənqid edib

© Sputnik / Максим Богодвид / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Zaxarovanın sözlərinə görə, Rusiya qanunvericiləri AP-nin bu cür qərarlarına reaksiya hazırlamalıdırlar.
BAKI, 25 oktyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında Avropa Parlamentinin ruslar üçün "demokratiya pasportları"nın təqdim edilməsi təşəbbüsünü şərh edib.
Bu barədə "aif.ru" saytı xəbər verib.
Diplomat xatırladıb ki, SSRİ-nin nasist işğalı illərində almanlarla əməkdaşlıq edən şəxslərə xüsusi sənədlər - "Volkslistlər" verilib. Hazırda isə, onun fikrincə, Avropa Parlamenti də analoji siyasət yürüdür və Rusiyadan qaçan müxalifətçilər üçün "yaxşı rusların pasportları"nın tətbiqini təklif edir.
AP-nin hesabat layihəsinə toxunan Zaxarova qeyd edib ki, "demokratiya pasportu" sahibləri "Rusiyanın məğlubiyyətindən" sonra Aİ-nin sütununa çevrilməlidir. O xatırladıb ki, "Volkslist"in imzalanması SSRİ-də vətənə xəyanət kimi qiymətləndirilib. Zaxarovanın sözlərinə görə, Rusiya qanunvericiləri AP-nin bu cür qərarlarına reaksiya hazırlamalıdırlar.
Bundan əvvəl Zaxarova AŞPA-nın Rusiya Federasiyası ilə bağlı qəbul etdiyi qətnaməni rusofob sənəd adlandırıb.
Xəbər lenti
0