Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya terrorçularla necə mübarizə aparmağı başqalarından yaxşı bilir - Peskov

© Sputnik / Владимир АстапковичPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Kreml nümayəndəsi 2002-ci ildə 40 terrorçunun Moskvanın Dubrovkadakı Teatr Mərkəzinin binasına soxularaq "Nord-Ost" musiqili tamaşasının 912 tamaşaçısını girov götürdüyünü, lakin girovların əksəriyyətinin azad edildiyini xatırladıb.
BAKI, 25 oktyabr — Sputnik. Rusiya dəfələrlə terrorla üzləşib, onunla necə mübarizə aparacağını başqalarından yaxşı bilir və bundan sonra da bu belə olacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya dəfələrlə terrorçularla, terrorun müxtəlif təzahürləri ilə qarşılaşıb. Biz bunun nə olduğunu və onlarla nə qədər barışmaz mübarizə aparmalı olduğumuzu bir çoxlarından daha yaxşı bilirik. Bu, Rusiyanın indi etdiyi və həmişə də edəcəyi işdir", - deyə o, bildirib.
2002-ci il oktyabrın 23-də axşam saatlarında 40 terrorçu Moskvanın Dubrovkadakı Teatr Mərkəzinin binasına soxularaq "Nord-Ost" musiqili tamaşasının 912 tamaşaçısını girov götürüblər. Həmin ilin oktyabrın 26-da səhər tezdən xüsusi əməliyyat nəticəsində girovların əksəriyyəti azad edilib. Terror aktı nəticəsində 10-u uşaq olmaqla 130 nəfər həlak olub.
Peskov qeyd edib ki, Kreml bu faciənin xatirəsini yaşadır.
"Əlbəttə ki, hər kəsi xatırlayırıq. O vaxt, bu dəhşətli terror aktında həlak olanları xatırlayırıq və unutmuruq. O zaman insanları xilas etmək üçün öz canlarını əsirgəmədən səy göstərənləri xatırlayırıq. "- Kreml nümayəndəsi qeyd edib.
Xəbər lenti
0