Taxıl sazişi 2.0: Moskva və Pekin Kiyev və BMT olmadan nə barədə razılığa gəliblər
© AP Photo / Mark SchiefelbeinRusiya və Çin bayraqları, arxiv
© AP Photo / Mark Schiefelbein
Abunə olmaq
Rusiya ixrac üçün böyük perspektivlər əldə edərək Çin üçün Ukrayna taxılını tamamilə əvəz edəcək. İki ölkə arasında iddialı razılaşmalar isə dünya ərzaq bazarının sabitləşməsinə töhfə verə bilər.
BAKI, 25 oktyabr — Sputnik. Rusiyanın istehsal və ixrac şirkəti olan "EPT" ("Yeni Quru Taxıl Dəhlizi", şirkətlər qrupunun bir hissəsi, YQTD) və Çin dövlət korporasiyası olan "China Chengtong International" Ltd, keçən həftə Pekində keçirilən "Bir kəmər, bir yol" forumu çərçivəsində taxıl tədarükü üçün baş müqaviləni imzalayıblar.
Müqavilə çərçivəsində 12 il ərzində Ural, Sibir və Uzaq Şərqdə istehsal olunan 70 milyon ton taxıl, paxlalı və yağlı bitkilər Çinə tədarük ediləcək. Müqavilənin məbləği, təxminən 2,5 trilyon rubl təşkil edir. (~26,52 milyard dollar).
"Trans-Baykal Taxıl Terminalı" sayəsində yeni saziş Rusiya taxılının Çinə ixracını 8 milyon tona, gələcəkdə isə yeni infrastrukturun qurulması yolu ilə, 16 milyon tona qədər çatdıracaq.
"Yeni Rusiya-Çin quru taxıl dəhlizi" nədir?
Yeni dəhlizin yaradılması layihəsi 2011-ci ildən Aİİ və "İpək Yolu İqtisadi Kəməri"ni birləşdirən konsepsiya çərçivəsində həyata keçirilir.
YQTD təşəbbüsü çərçivəsində taxıl ixracı üç istiqamətə - Çin, Mərkəzi Asiya və Yaxın Şərqə əsaslanır. Bu rayonlara Sibirdən soya, raps, arpa, kətan, buğda, qarğıdalı, günəbaxan və yulaf ixracı nəzərdə tutulur.
Sonradan ixrac üçün daşınmaqdan ötrü taxılın saxlanmasını təşkil etmək üçün Ural, Sibir və Uzaq Şərq ərazilərində 7 xətti elevator şəbəkəsi yaradılır.
© Sputnik / Rahim MammadovDəmir yolu xətti, arxiv
Dəmir yolu xətti, arxiv
© Sputnik / Rahim Mammadov
Taxılın daşınması Zabaykalskda dünyanın ilk tam dövrəli taxıl dəmir yolu terminalında təşkil olunur. Sibir taxılının onun vasitəsilə ixracı, qısa nəqliyyat məsafəsi (Qara dəniz limanlarına 5 min km və Uzaq Şərqə 4,4 min km-ə qarşı 2,3 min km) və liman daşınmasının olmaması hesabına logistikaya (terminal-şirkətin açıqlamasına əsasən 35%) daha az xərclə sərfəlidir.
Açıq mənbələrdən əldə edilən xəbərlərə görə, Sibir taxılının Çinə daşınma müddəti hazırda bir neçə aydan bir neçə həftəyə qədər azalacaq.
Zabaykalskda dəmir yollarının fərqliliyi problemi həll olunub - terminalda 1520 mm (Rusiya Federasiyasında istifadə olunur) və 1435 mm (ÇXR-də istifadə olunur) kalibrlərinə ucdan-uca qoşulma texnologiyasından istifadə olunur. Bu aktualdır, çünki təkər dəstlərinin dəyişdirilməsi çox vaxt aparır və qatarların dayanmasına səbəb olur. Bu yay terminalda Çinə müntəzəm daşımalara başlanılıb.
Noyabrın sonu-dekabrın əvvəlində Rusiya Federasiyası və Çin Xalq Respublikasının hökumət başçılarının görüşündə "Yeni quru taxıl dəhlizi" haqqında dövlətlərarası sazişin imzalanması planlaşdırılır. Müqavilə yerüstü taxılçılıq təşəbbüsünün tam başlanmasını bildirəcək. Onun sözlərinə görə, bu saziş Uzaq Şərq, Ural və Sibir federal dairələrində taxıl istehsalının artmasına, eləcə də Çin bazarına ixracının artmasına kömək edəcək.
Xatırladaq ki, daha əvvəl - bu ilin sentyabrında VIII Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində YQTD və "China Chengtong International Investment" Yəhudi Muxtar Vilayətində (Rusiya) "Nijneleninskoye-Tuntszyan" taxıl terminalının yaradılması haqqında saziş bağlanmışdı. O, "Nijneleninskoye-Tuntszyan" transsərhəd dəmir yolu körpüsünün yaxınlığında yerləşəcək. Yeni mərkəzin ilk beş ildə məhsuldarlığı ildə 400 min TEU (iyirmi fut ekvivalenti) olacaq.
Həmçinin, "Yeni Quru Taxıl Dəhlizi Rusiya - Çin" layihəsi çərçivəsində Rusiya Federasiyasında ilk olaraq hər iki istiqamətdə 600 min tona qədər taxıl daşıya bilən "Quru Taxıl Donanması" (22 min taxıl konteyneri) yaradılacaq. Şərq İqtisadi Forumu (ŞİF) zamanı "Yeni Quru Taxıl Dəhlizi" (YQTD) və "Guangdong BestCon Intelligent Equipment" arasında müvafiq müqavilə də imzalanıb.
Özünün böyük parkının olması Rusiyanın xarici şirkətlərdən asılılığını və dəniz taxıl logistikası ilə bağlı problemlərin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər (və ya tamamilə aradan qaldıra bilər).
Eyni zamanda, ŞİF çərçivəsində Rusiyanın "EPT" şirkəti taxıl istehsalı və tədarükü üçün 2032-ci ilə qədər Çinə paxlalılar və yağlı bitkilərin göndərilməsi üçün uzadılması ehtimalı olan iki müqavilə bağlayıb ("Noble Home" ticarət şirkəti və "Trans Eurasia (Tianjin) International Logistics" nəqliyyat və logistika şirkəti ilə).
© AFP 2024 / ASAAD NIAZITaxıl xırmanı, arxiv
Taxıl xırmanı, arxiv
© AFP 2024 / ASAAD NIAZI
Problemlər öz yerini perspektivlərə verir
Rusiyanın Çinə taxıl ixracı uzun illərdir problemlərlə üzləşib, bunun nəticəsində hələ də çox aşağı səviyyədədir.
Rusiyadan (keçmiş SSRİ) buğda tədarükünə ilk qadağa hələ 1976-cı ildə tətbiq edilib. 1997-ci ildə isə o, təsdiqlənib. Səbəb rus buğdasının göbələk tərəfindən törədilən xəstəlik olan cırtdan iylə yoluxmasıdır.
2006-cı ildən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı danışıqlar aparılır və yalnız 2015-ci ildə Pekin Rusiya Federasiyasının dörd Qərbi Sibir rayonundan (Novosibirsk və Omsk vilayətləri, Krasnoyarsk və Altay əraziləri), 2018-ci ildə isə - Rusiyanın daha üç bölgəsindən (Çelyabinsk, Amur və Kurqan bölgələri) buğda tədarükünə icazə verib. 24 fevral 2022-ci il tarixindən etibarən Çin, nəhayət bütün Rusiya buğdasının idxalına icazə verdi.
Çindəki vəziyyət digər rus taxıl məhsulları ilə də oxşardır. Belə ki, yalnız keçən il Çin yazlıq buğda və arpa, bu il isə noxud və darı tədarükünü təsdiqləyib. Hazırda, "Rosselxoznadzor"un daxili fitosanitariya və torpaq nəzarəti, keyfiyyətə nəzarət və taxıl təhlükəsizliyi şöbəsinin müdiri Olqa Zaxarovanın bəyanatına görə, Rusiyanın bütün bölgələrindən qarğıdalı və düyünün Çin bazarına daxil olması üçün işlər aparılır (ilin sonuna kimi müvafiq sazişin imzalanması gözlənilir). Həmçinin Rusiya Federasiyasının bütün regionları (bu ilin sonu - gələn ilin əvvəli üçün nəzərdə tutulur) və bir sıra digər taxıl məhsulları üzrə raps toxumuna qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.
Məhdudiyyətlərin götürülməsi, gözlənildiyi kimi, Rusiya ixracının sürətlə artmasına kömək edir. Belə ki, bu il Rusiya Federasiyası Çinə taxıl tədarükünün rekord həcmlərini yenidən nümayiş etdirir. 2014-cü illə müqayisədə bu rəqəm 27 dəfə artıb.
Hələ də qaldırılmamış bir çox məhdudiyyətlərə baxmayaraq, ÇXR, nümayəndə Olqa Zaxarovanın sözlərinə görə, artıq Rusiya taxılının ilk 5 alıcısı sırasındadır.
Taxıl İxracatçıları İttifaqının İdarə Heyətinin sədri Eduard Zernin Şanxayda keçirilən Rusiya-Çin biznes forumunda bəyan etdiyi kimi, Rusiya Federasiyası Rusiyanın cənub limanları vasitəsilə Çinə ildə, təxminən 5 milyon ton buğda, arpa və qarğıdalı tədarük etməyə hazırdır.
Yeni Quru Taxıl Dəhlizinin (YQTD) açılması, şübhəsiz ki, Şanxayda elan edilmiş tədarük həcmini əhəmiyyətli dərəcədə aşmağa imkan verəcək.
"Rosselxoznadzor"un məlumatına görə, Çin dünyada ən böyük taxıl istehlakçısı və idxalçısıdır - müvafiq olaraq 450 milyon tondan çox və ildə, təxminən 40 milyon ton. Bununla yanaşı, Rusiyanın payı çox cüzidir, halbuki, Rusiyanın Çinə taxıl ixracının reallaşdırılmamış potensialı böyükdür.
Bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, Sibir taxılının Çinə ixracı hələ də logistika problemləri ilə məhdudlaşır. Taxılın qonşu kimi görünən Çinə dəniz yolu ilə tədarük edilməli olduğuna görə (limanlar da uzaqda idi) Rusiyanın Kanada, ABŞ və Avstraliya tədarükçüləri qarşısında heç bir üstünlüyü yox idi.
Əksinə, digər qitələrdə yerləşən ölkələr üçün nəqliyyat məsafəsi daha da qısa idi, buna görə də Rusiya, qonşu Çində öz məhsulları üçün belə böyük bazar uğrunda rəqabəti tez-tez uduzurdu.
Zabaykalskdan keçən dəmir yolu dəhlizinin inkişafı bu vəziyyətə təsir edə bilər. Artıq Sibir bölgələrindən taxıl üçün Çin bazarına çıxışın açılması, infrastrukturun inkişafı ilə birlikdə (təkcə Zabaykalsk vasitəsilə deyil, həm də Uzaq Şərqdə infrastruktur layihələri vasitəsilə) Rusiyanın şərq bölgələrində taxıl istehsalının və bu məhsulların Çinə tədarük həcminin əhəmiyyətli dərəcədə artması kömək etməlidir.
Nəzərinizə çatdıraq ki, inkişaf edən təkcə "quru yol" infrastrukturu deyil - məsələn, Primoryedə "FESCO" nəqliyyat qrupu altı taxıl anbarı olan dəniz taxıl daşıma kompleksi tikir. Zareçnoye kəndində (Amur vilayəti) qarğıdalı qurutmaq və saxlamaq üçün xüsusi kompleks tikilir. Elə orda - Amur bölgəsində, keçən il Blagoveşşensk - Heyhe transsərhəd körpüsündə nəqliyyatın hərəkət yolu açılıb ki, bu da Rusiyanın Çinə taxıl ixracının artmasına müsbət təsir göstərə bilər.
Beləliklə, Pekində bağlanmış müqavilə logistikanı yaxşılaşdırmaqla və Sibirdə yetişdirilən məhsulların Çinə satışı üzrə razılığa gəlmək yolu ilə Sibir taxıl istehsalçılarını uzunmüddətli "çıxılmaz vəziyyətdən" çıxarmağa qadirdir.
Yeni sazişin siyasi komponentini qeyd etmək vacibdir.
Qərbin "taxıl sövdələşməsinin bərpasında" israrını davam etdirdiyi, Rusiyaya dost ölkələrə "sanksiyalardan yan keçdikləri" üçün təzyiq göstərdiyi, qiymətlərin yuxarı həddini tətbiq etdiyi və Moskvanı hər cür məhdudiyyətlərlə alt-üst etdiyi bir vaxtda ən böyük Çin forumunda Rusiya Federasiyası və ÇXR liderlərinin iştirakı ilə iki ölkə arasında ən böyük taxıl müqaviləsi imzalanır.
Qeyd edək ki, bu, Çinin Rusiya taxıl məhsullarına uzun müddətdir tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırması fonunda baş verir.
İqtisadi sıçrayış
12 il müddətinə 70 milyon ton Sibir taxılının tədarükü ilə bağlı müqavilə bağladıqdan sonra vurğulanıb: "Vəziyyət ondan ibarətdir ki, biz Ukrayna ixracatının itirilmiş həcmini Sibir və Uzaq Şərq hesabına artıqlaması ilə əvəz edəcəyik".
"Taxıl müqaviləsi"nin demək olar ki, bir ili müddətində Çin Ukrayna taxılının əsas alıcısına çevrilib. 2022-ci il avqustun 1-dən 2023-cü il iyulun 17-dək olan dövrdə Çin 8 milyon ton idxal edib - bu, "Trans-Baykal Taxıl Terminalı" hesabına Rusiyadan Çinə taxıl ixracının artırılmasının nəzərdə tutulduğu həcmlə eynidir.
Çinin Rusiya taxılına qoyulan məhdudiyyətləri aradan qaldırması və ölkələrin bir çox kənd təsərrüfatı layihələrini birgə həyata keçirməsi fonunda yeni taxıl təşəbbüsü (məsələn, oktyabr ayında Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) və Çinin ən böyük kənd təsərrüfatı holdinqlərindən biri Krasnoyarsk bölgəsində kənd təsərrüfatı bitkilərinin emalı müəssisəsinin tikintisinə 6 milyard rubldan çox birgə investisiya qoymağa razılaşıblar) Çindən Sibirin kənd təsərrüfatına əlavə investisiya cəlb etmək üçün pəncərə açır.
İxracın artım perspektivlərini nəzərə alaraq, istehsalın artırılması üçün yeni birgə kənd təsərrüfatı müəssisələrinin yaradılması və nəqliyyat əlaqələrinin artırılması üçün yeni logistik layihələrin həyata keçirilməsindən ötrü ən azı Çin investisiyalarının artırılmasından danışmaq olar.
Bu, həm investisiyalar, həm iş yerlərinin sayının artması, həm ixracın artması, həm əlavə dəyərli məhsulların istehsalını artıran Rusiya üçün, həm də əlavə gəlirdən və aşağı qiymətə malik (ən azı - nəqliyyat xərclərini azaltmaqla) keyfiyyətli məhsulun sürətli tədarükündən faydalanan Çin üçün maraqlı olardı.
Təxmini hesablamalara görə, Pekində bağlanmış müqavilə üzrə tədarük həcmi ildə, təqribən 5-6 milyon ton təşkil edə bilər (hazırkı Rusiya taxıl ixracının, təxminən 10-15%-i). "Transbaykal Taxıl Terminalı" vasitəsilə ixracı ildə 16 milyon tona çatdırmaq planlarını nəzərə alsaq, çox güman ki, gələcəkdə tədarük həcmi yalnız artacaq.
Çinə tədarükün artırılmasında irəliləyiş əldə etmək üçün Sibir istehsalçılarına yetişdirdikləri məhsulların Çin bazarında satılacağına dair müəyyən zəmanət lazımdır.
Həm bu ilin noyabr-dekabr aylarında Rusiya Federasiyası və Çin Xalq Respublikasının hökumət başçılarının görüşü zamanı elan edilmiş "Yeni Quru Taxıl Dəhlizi" haqqında dövlətlərarası sazişin imzalanması, həm də Sibirdən 70 milyon ton taxılın 12 illik tədarükü haqqında keçən həftə Pekində imzalanmış müqavilə (bəlkə də noyabrın sonu - dekabrın əvvəlində hökumət başçılarının görüşü zamanı Yeni Quru Taxıl Dəhlizinin işə salınması haqqında sazişin imzalanmasından sonra bu müqavilənin təfərrüatları bir qədər dəyişə bilər) belə bir təminat ola bilər.
Sibir taxılçıları öz istehsalına daha çox sərmayə qoya və bununla da məhsulun satışı cəhətdən narahat olmadan onu artıra biləcəklər. Yeni nəqliyyat infrastrukturu Sibir taxılı ilə "dopdolu dolduralacaq". Rusiya istehsal və ixrac həcmini (və deməli, büdcə gəlirlərini) artıracaq, Çin isə Ukrayna taxılının itirilmiş həcmlərini asanlıqla əvəz edəcək və öz ərzaq təhlükəsizliyinin artırılmasını təmin edəcək.
Çinin özü isə, təbii ki, bu müqaviləyə əsasən, nəinki ərzaq məhsulu kimi taxıl idxal edə, həm də onu öz istehsal sahələri üçün xammal kimi ala biləcək. Sonra isə o, istehsal olunan məhsulları çoxqütblü dünyanın digər ölkələrinə ixrac etmək imkanı əldə edəcək.
Bundan əlavə, Yeni Quru Taxıl Dəhlizi təşəbbüsünün Rusiya üçün başqa bir potensial üstünlüyü Rusiyaya Asiya ölkələrinin bazarlarına başqa bir marşrut əldə etməyə imkan verəcək bir növ "Çin kanalının" yaradılmasıdır.
Bu, müvafiq olaraq, Qərbin Rusiya Federasiyasına misli görünməmiş sanksiyalarının başlamasından sonra bir sıra problemlərlə üzləşən Moskvanın öz kənd təsərrüfatı məhsullarının ixracını asanlaşdıracaq.
Həmçinin, Rusiyadan taxıl tədarükünün artması sayəsində Çin beynəlxalq bazardan öz asılılığını azalda bilər ki, bu da dünya ərzaq qiymətlərinin sabitləşməsinə və tələb və təklif arasında balansın saxlanmasına kömək edəcək.
Əgər bu kanal vasitəsilə məhsulların (və onlardan emal edilmiş məhsulların) daha da irəliyə - digər Asiya ölkələrinə də gedə biləcəyini nəzərə alsaq, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında yeni saziş qlobal ərzaq bazarında nəzəri olaraq faydalı təsir göstərə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.