Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Ukrayna ordusu gün ərzində 660 hərbi qulluqçu və üç təyyarə itirib

© SputnikMəhv edilmiş tank, arxiv
Məhv edilmiş tank, arxiv  - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 510-a yaxın hərbi təyyarə, 250-dən çox helikopter, 8220 PUA, 440-dan çox zenit-raket kompleksi, 12890 tank və digər zirehli döyüş texnikası məhv edilib.
BAKI, 24 oktyabr - Sputnik. Rusiya Silahlı Qüvvələrinin "Cənub" qoşun qrupu Donetsk istiqamətində bir sursat anbarını və Ukrayna Silahlı Qüvvələrinin 12 texnikasını, o cümlədən Polşanın üç "Krab" özüyeriyən haubitsasını məhv edib; Ukrayna Silahlı Qüvvələrinin itkiləri sutka ərrzində 235 hərbçini ötüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya MN-in məlumatına görə, Donetsk istiqamətində “Cənub” qoşun qruplaşmasının bölmələri aviasiya və artilleriya ilə birlikdə "DXR"-in Kleşçeevka və Kurdyumovka rayonlarında Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasına zərbələr endirib. Bundan başqa, 93-cü mexanikləşdirilmiş briqadanın xarici sursat anbarı da dağıdılıb.
“Son sutka ərzində düşmənin itkiləri 235-dən çox hərbi qulluqçu, iki piyada döyüş maşını və dörd texnika təşkil edib. Əks-batareya döyüşü zamanı bunlar vurulub: ABŞ istehsalı olan M777 artilleriya sistemi, üç Krab özüyeriyən haubitsası və artilleriya qurğuları, Msta-B haubitsası, həmçinin “Qvozdika” özüyeriyən artilleriya qurğusu”, - məlumatda deyilir.
Zaporojye istiqaməti
Rusiya qoşunlarının Zaporojye istiqamətindəki bölmələri aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə Zaporojye vilayətinin Verbovoye kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 118-ci mexanikləşdirilmiş briqadasını atəşə tutublar.
Qeyd olunur ki, düşmənin Zaporojye istiqamətində itkiləri 75-ə qədər ukraynalı hərbçi, bir tank və iki avtomobil təşkil edib.
“Əks-batareya döyüşü zamanı ABŞ istehsalı olan iki M777 artilleriya sistemi, Msta-B və D-20 haubitsaları, həmçinin ABŞ istehsalı olan M119 silahı vurulub”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
Cənubi Donetsk istiqaməti
“Vostok” qoşun qruplaşmasının cənubi Donetsk istiqamətindəki bölmələri aviasiya və artilleriya ilə birgə Ukrayna Silahlı Qüvvələrinin "DXR"in Uqledar, Nikolsko və Novomixailovka məntəqələrinin ərazilərindəki 79-cu Hava-Desant Hücum, 72-ci Mexanikləşdirilmiş, 58-ci Motoatıcı Briqadaları və 128-ci ərazi müdafiə bölmələrinin hissələrini atəşə tutublar.
"Düşmənin ümumi itkiləri 110-dək hərbi qulluqçu və 4 texnika təşkil edib", - MN-dən bildirilib.
Kupyansk istiqaməti
Kupyansk istiqamətində “Qərb” qoşun qrupu aviasiya və artilleriya dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin 14, 32-ci mexanikləşdirilmiş, 68-ci Yaeger briqadalarının, həmçinin 101-ci ərazi müdafiə briqadasının Xarkov vilayətinin İvanovka, Sinxovka və Sergeevka ərazilərinə səkkiz hücumunu dəf edib.
“Düşmən itkiləri 60-a qədər ukraynalı hərbçi və iki pikap olub”, - deyə nazirlikdən bildirilib.
Krasnolimansk istiqaməti
Krasnolimansk istiqamətində Mərkəz qoşun qrupu ordu aviasiyası və artilleriyasının dəstəyi ilə "DXR"in Yampolovka və "LXR"in Çervona Dibrova ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 21, 31 və 63-cü mexanikləşdirilmiş briqadalarının hücum qruplarının on bir hücumunu dəf edib. Həmçinin "DXR"in Qriqorovka bölgəsində Ukrayna Silahlı Qüvvələrinin 12-ci Xüsusi Təyinatlı Briqadasının şəxsi heyəti və texnikası atəşə tutulub.
Düşmənin bu istiqamətdə itkiləri 125-dən çox hərbi qulluqçu, 5 zirehli döyüş maşını və 4 minik avtomobili olub.
Xerson istiqaməti
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilində körpü girişlərini ələ keçirmək üçün uğursuz cəhdlər zamanı böyük itkilər verib və buna görə də Ukrayna Silahlı Qüvvələrinin Dəniz Piyadaları briqadalarının şəxsi heyəti desant missiyasını sabotaj edir.
Xerson istiqamətində ağır döyüş nəticəsində sutka ərzində 55-ə qədər hərbi qulluqçu, 3 texnika və bir D-20 haubitsası məhv edilib.
Nazirlik əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin qoşun qruplarından operativ-taktiki və ordu aviasiyası, PUA-ları, raket qoşunları və artilleriya qurğuları Ukrayna Silahlı Qüvvələrinin 109 ərazidə canlı qüvvəsini və hərbi texnikasını vurub.
Hava hücumundan müdafiə işi
Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri "DXR"in Krasnoarmeysk, və Kirovoqrad vilayətinin Kanatovo rayonlarında Ukraynaya məxsus iki MiQ-29 təyyarəsini vurub.
“Bundan əlavə, Dnepropetrovsk vilayətinin Olenovka qəsəbəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus L-39 döyüş təlim təyyarəsi vurulub”, - Müdafiə Nazirliyi qeyd edib.
Bundan əlavə, gün ərzində Rusiyanın hava hücumundan müdafiəsi "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərində beş JDAM idarəolunan bomba, beş HIMARS RYAS mərmisi, həmçinin 44 pilotsuz uçan aparatı ələ keçirib.
XHƏ-nin başlanğıcından bəri
Ümumilikdə, xüsusi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 511 hərbi təyyarə, 253 helikopter, 8220 pilotsuz uçuş aparatı, 441 zenit-raket kompleksi, 12890 tank və digər zirehli döyüş texnikası, 1169 ədəd reaktiv yaylım atəşi sistemi, 86 reaktiv sistemli döyüş maşını, 6865 artilleriya qurğuları və minaatan, o cümlədən 14 602 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0