https://sputnik.az/20231024/putinle-erdogan-arasnda-telefon-danisigi-bas-tutub-459919276.html
Putinlə Ərdoğan arasnda telefon danışığı baş tutub
Putinlə Ərdoğan arasnda telefon danışığı baş tutub
Sputnik Azərbaycan
Kremlin məlumatına görə, dövlət başçıları arasında növbəti telefon danışığı zamanı Yaxın Şərqdə mövcud kəskin böhran vəziyyətinin müzakirəsi davam etdirilib. 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T21:03+0400
2023-10-24T21:03+0400
2023-10-24T22:08+0400
rusiya
rusiya prezidenti vladimir putin
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
yaxın şərq
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458293396_0:0:3158:1776_1920x0_80_0_0_7a72a230a644d1a4c4e35a665898de37.jpg
Putinlə Ərdoğan arasnda telefon danışığı baş tutub BAKI, 24 oktyabr - Sputnik. Rusiya tərəfinin BMT Təhlükəsizlik Şurası vasitəsilə həyata keçirdiyi fəal səylər, o cümlədən qan tökülməsinin dayandırılması və ehtiyacı olanlara humanitar yardımın maneəsiz çatdırılması istiqamətində Türkiyənin müvafiq siyasi və diplomatik addımları nəzərdən keçirilib. Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Kremlin məlumatına görə, dövlət başçıları arasında növbəti telefon danışığı zamanı Yaxın Şərqdə mövcud kəskin böhran vəziyyətinin müzakirəsi davam etdirilib. Mülki itkilərin sayının artması və Qəzza zolağında humanitar vəziyyətin fəlakətli şəkildə pisləşməsi ilə bağlı dərin narahatlıq ifadə edilib, yaşayış məntəqələrinə, dini və sosial obyektlərə zərbələrin endirilməsinin yolverilməzliyi vurğulanıb. Rusiya tərəfinin BMT Təhlükəsizlik Şurası vasitəsilə həyata keçirdiyi fəal səylər, o cümlədən qan tökülməsinin dayandırılması və ehtiyacı olanlara humanitar yardımın maneəsiz çatdırılması istiqamətində Türkiyənin müvafiq siyasi və diplomatik addımları nəzərdən keçirilib. Rusiya və Türkiyənin mövqelərinin praktiki olaraq üst-üstə düşdüyü və İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan müstəqil Fələstinin yaradılmasını nəzərdə tutan məşhur iki dövlət formulunun həyata keçirilməsinə yönəldiyi vurğulanıb. Bundan başqa, Rusiya ilə Türkiyə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın artan tempi məsələlərinə toxunulub. Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin qarşıdan gələn yüzilliyi münasibətilə təbrik edib, bütün vətəndaşlarına firavanlıq və rifah arzulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458293396_263:0:2994:2048_1920x0_80_0_0_1df6d271de4e75105f2b9d34035a7bc1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, yaxın şərq
rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, yaxın şərq
Putinlə Ərdoğan arasnda telefon danışığı baş tutub
21:03 24.10.2023 (Yenilənib: 22:08 24.10.2023) Kremlin məlumatına görə, dövlət başçıları arasında növbəti telefon danışığı zamanı Yaxın Şərqdə mövcud kəskin böhran vəziyyətinin müzakirəsi davam etdirilib.
Putinlə Ərdoğan arasnda telefon danışığı baş tutub
BAKI, 24 oktyabr - Sputnik. Rusiya tərəfinin BMT Təhlükəsizlik Şurası vasitəsilə həyata keçirdiyi fəal səylər, o cümlədən qan tökülməsinin dayandırılması və ehtiyacı olanlara humanitar yardımın maneəsiz çatdırılması istiqamətində Türkiyənin müvafiq siyasi və diplomatik addımları nəzərdən keçirilib.
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin məlumatına görə, dövlət başçıları arasında növbəti telefon danışığı zamanı Yaxın Şərqdə mövcud kəskin böhran vəziyyətinin müzakirəsi davam etdirilib. Mülki itkilərin sayının artması və Qəzza zolağında humanitar vəziyyətin fəlakətli şəkildə pisləşməsi ilə bağlı dərin narahatlıq ifadə edilib, yaşayış məntəqələrinə, dini və sosial obyektlərə zərbələrin endirilməsinin yolverilməzliyi vurğulanıb.
Rusiya tərəfinin BMT Təhlükəsizlik Şurası vasitəsilə həyata keçirdiyi fəal səylər, o cümlədən qan tökülməsinin dayandırılması və ehtiyacı olanlara humanitar yardımın maneəsiz çatdırılması istiqamətində Türkiyənin müvafiq siyasi və diplomatik addımları nəzərdən keçirilib.
Rusiya və Türkiyənin mövqelərinin praktiki olaraq üst-üstə düşdüyü və İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan müstəqil Fələstinin yaradılmasını nəzərdə tutan məşhur iki dövlət formulunun həyata keçirilməsinə yönəldiyi vurğulanıb.
Bundan başqa, Rusiya ilə Türkiyə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın artan tempi məsələlərinə toxunulub.
Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin qarşıdan gələn yüzilliyi münasibətilə təbrik edib, bütün vətəndaşlarına firavanlıq və rifah arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.