https://sputnik.az/20231024/peskov-rusiyanin-balticconnector-qaz-kemerinin-partlamasi-ile-hec-bir-elaqesi-yoxdur-459860460.html
Peskov: Rusiyanın “Balticconnector” qaz kəmərinin partlaması ilə heç bir əlaqəsi yoxdur
Peskov: Rusiyanın “Balticconnector” qaz kəmərinin partlaması ilə heç bir əlaqəsi yoxdur
Sputnik Azərbaycan
Oktyabrın 8-də Finlandiya və Estoniya arasında yerləşən qaz kəmərində sızma aşkar edilib. 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T04:28+0400
2023-10-24T04:28+0400
2023-10-24T04:28+0400
dmitri peskov
rusiya
moskva
finlandiya
estoniya
latviya
partlayış
kəmər
qaz kəməri
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444288_0:131:3175:1917_1920x0_80_0_0_95dc7987889c8b110690fd67d8006e68.jpg
BAKI, 24 oktyabr — Sputnik. Rusiyanın “Balticconnector” qaz kəmərinin partlaması ilə bağlı insidentlə heç bir əlaqəsi yoxdur. Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Moskvaya qarşı istənilən təhdidlər, xüsusən Latviya Prezidenti Edqars Rinkeviçsin dediyi kimi, Rusiya gəmilərinin Baltik dənizinə buraxılmasına qadağa qoyulması ciddi qəbul edilməlidir. “Və o, sadəcə nəzərdə tuturdu ki, əgər Rusiyanın bu işlə bir əlaqəsi olduğu ortaya çıxarsa, mən isə dərhal qeyd etsəm ki, Rusiyanın bununla heç bir əlaqəsi yoxdur, o zaman Baltik dənizini Rusiyanın üzünə bağlamaq barədə düşünmək lazımdır”, - deyə Peskov bildirib. “Cavab olaraq mən cənab Prezidentdən [Latviya] soruşmaq istərdim ki, araşdırmalar başa çatdıqdan və “Şimali axınları”na qarşı Baltikdə terror aktının kimin tərəfindən və kimin sifarişi ilə həyata keçirildiyi bəlli olduqdan sonra Baltik dənizi ilə bağlı nə etmək lazımdır? Bu baxımdan Latviyanın cənab prezidenti susmağı və heç nə deməməyi üstün tutdu”, - deyə Kremlin nümayəndəsi əlavə edib. Xatırladaq ki, Latviya Prezidenti Edqars Rinkeviçs əvvəllər etiraf etmişdi ki, əgər istintaq “Balticconnector” qaz kəmərinə dəyən ziyanda Moskvanın əli olduğunu sübut edərsə, Baltik dənizi Rusiyadan gələn bütün gəmilərin üzünə bağlana bilər. Oktyabrın 8-də Finlandiya və Estoniya arasında yerləşən qaz kəmərində sızma aşkar edilib. Finlandiya tərəfi bildirib ki, kəmərin təmiri aylarla davam edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444288_222:0:2953:2048_1920x0_80_0_0_26863cbaddc495b578f93417c5db8d02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri peskov, moskva, finlandiya, estoniya, latviya, partlayış, kəmər, qaz kəməri
dmitri peskov, moskva, finlandiya, estoniya, latviya, partlayış, kəmər, qaz kəməri
Peskov: Rusiyanın “Balticconnector” qaz kəmərinin partlaması ilə heç bir əlaqəsi yoxdur
Oktyabrın 8-də Finlandiya və Estoniya arasında yerləşən qaz kəmərində sızma aşkar edilib.
BAKI, 24 oktyabr — Sputnik. Rusiyanın “Balticconnector” qaz kəmərinin partlaması ilə bağlı insidentlə heç bir əlaqəsi yoxdur.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskvaya qarşı istənilən təhdidlər, xüsusən Latviya Prezidenti Edqars Rinkeviçsin dediyi kimi, Rusiya gəmilərinin Baltik dənizinə buraxılmasına qadağa qoyulması ciddi qəbul edilməlidir.
“Və o, sadəcə nəzərdə tuturdu ki, əgər Rusiyanın bu işlə bir əlaqəsi olduğu ortaya çıxarsa, mən isə dərhal qeyd etsəm ki, Rusiyanın bununla heç bir əlaqəsi yoxdur, o zaman Baltik dənizini Rusiyanın üzünə bağlamaq barədə düşünmək lazımdır”, - deyə Peskov bildirib.
“Cavab olaraq mən cənab Prezidentdən [Latviya] soruşmaq istərdim ki, araşdırmalar başa çatdıqdan və “Şimali axınları”na qarşı Baltikdə terror aktının kimin tərəfindən və kimin sifarişi ilə həyata keçirildiyi bəlli olduqdan sonra Baltik dənizi ilə bağlı nə etmək lazımdır? Bu baxımdan Latviyanın cənab prezidenti susmağı və heç nə deməməyi üstün tutdu”, - deyə Kremlin nümayəndəsi əlavə edib.
Xatırladaq ki, Latviya Prezidenti Edqars Rinkeviçs əvvəllər etiraf etmişdi ki, əgər istintaq “Balticconnector” qaz kəmərinə dəyən ziyanda Moskvanın əli olduğunu sübut edərsə, Baltik dənizi Rusiyadan gələn bütün gəmilərin üzünə bağlana bilər.
Oktyabrın 8-də Finlandiya və Estoniya arasında yerləşən qaz kəmərində sızma aşkar edilib. Finlandiya tərəfi bildirib ki, kəmərin təmiri aylarla davam edə bilər.