https://sputnik.az/20231024/pasinyan-qarabag-separatcilarini-azerbaycanin-butun-telebleri-ile-razilasmaga-cagiribmis-459895820.html
Paşinyan Qarabağ separatçılarını Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıbmış
Paşinyan Qarabağ separatçılarını Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıbmış
Sputnik Azərbaycan
Ermənistanın baş naziri Qarabağ separatçılarının başçısı Samvel Şahramanyanla söhbətində hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsinin qarşısını almaq... 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T12:43+0400
2023-10-24T12:43+0400
2023-10-24T12:43+0400
qarabağ
ermənistanın baş naziri nikol paşinyan
qarabağ separatçıları
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_0:137:3156:1912_1920x0_80_0_0_e92553385f69a25f1d2c52beb189c727.jpg
BAKI, 24 oktyabr — Sputnik. Baş nazir Nikol Paşinyan separatçıların başçısı Samvel Şahramanyanı Azərbaycanın Qarabağ bölgəsində yerli antiterror tədbirlərinə son qoymağa və Bakının bütün tələbləri ilə razılaşmağa çağırıbmış. Ermənistanın “Hraparak” nəşri mənbələrə istinadən bu barədə yazıb. Qəzet qeyd edib ki, Azərbaycan tərəfi separatçılara ordunun və bütün qurumların buraxılması, silahların təhvil verilməsi tələblərini çatdırdıqdan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla telefonla danışıb. Danışıqlar zamanı sonuncu, hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsinin qarşısını almaq üçün rəsmi Bakının bütün tələblərini yerinə yetirməyə çağırıb. Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda üçtərəfli bəyanatın müddəalarının təmin edilməsi, geniş miqyaslı təxribatların qarşısının alınması məqsədilə, Ermənistan Silahlı Qüvvələrinin tərksilah edilməsi və birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş torpaqlara qayıdan dinc əhalinin təhlükəsizliyini təmin etmək, tikinti-bərpa işlərində cəlb olunan mülki qulluqçuların və Azərbaycan hərbçilərinin, habelə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədi ilə regionda yerli xarakterli antiterror tədbirləri başlanıb. Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 20 sentyabr 2023-cü il saat 13:00-da yerli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələri və erməni qeyri-qanuni silahlı birləşmələri silahı yerə qoyub döyüş mövqelərini və hərbi postlarını tərk edərək tamamilə tərksilah edilir; Ermənistan Silahlı Qüvvələrinin birləşmələri Azərbaycan Respublikasının ərazisini tərk edir, silahlı birləşmələr buraxılır. Paralel olaraq Rusiya sülhməramlı kontingenti ilə birbaşa koordinasiya təmin edilərək bütün silahlar, sursat və ağır texnikalar ötürülür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_213:0:2944:2048_1920x0_80_0_0_a02b888726544eab26c9476f29639f0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ermənistanın baş naziri nikol paşinyan, qarabağ separatçıları
ermənistanın baş naziri nikol paşinyan, qarabağ separatçıları
Paşinyan Qarabağ separatçılarını Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıbmış
Ermənistanın baş naziri Qarabağ separatçılarının başçısı Samvel Şahramanyanla söhbətində hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsinin qarşısını almaq üçün Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıb.
BAKI, 24 oktyabr — Sputnik. Baş nazir Nikol Paşinyan separatçıların başçısı Samvel Şahramanyanı Azərbaycanın Qarabağ bölgəsində yerli antiterror tədbirlərinə son qoymağa və Bakının bütün tələbləri ilə razılaşmağa çağırıbmış. Ermənistanın “Hraparak” nəşri mənbələrə istinadən bu barədə yazıb.
Qəzet qeyd edib ki, Azərbaycan tərəfi separatçılara ordunun və bütün qurumların buraxılması, silahların təhvil verilməsi tələblərini çatdırdıqdan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla telefonla danışıb. Danışıqlar zamanı sonuncu, hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsinin qarşısını almaq üçün rəsmi Bakının bütün tələblərini yerinə yetirməyə çağırıb.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda üçtərəfli bəyanatın müddəalarının təmin edilməsi, geniş miqyaslı təxribatların qarşısının alınması məqsədilə, Ermənistan Silahlı Qüvvələrinin tərksilah edilməsi və birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş torpaqlara qayıdan dinc əhalinin təhlükəsizliyini təmin etmək, tikinti-bərpa işlərində cəlb olunan mülki qulluqçuların və Azərbaycan hərbçilərinin, habelə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədi ilə regionda yerli xarakterli antiterror tədbirləri başlanıb.
Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 20 sentyabr 2023-cü il saat 13:00-da yerli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələri və erməni qeyri-qanuni silahlı birləşmələri silahı yerə qoyub döyüş mövqelərini və hərbi postlarını tərk edərək tamamilə tərksilah edilir; Ermənistan Silahlı Qüvvələrinin birləşmələri Azərbaycan Respublikasının ərazisini tərk edir, silahlı birləşmələr buraxılır. Paralel olaraq Rusiya sülhməramlı kontingenti ilə birbaşa koordinasiya təmin edilərək bütün silahlar, sursat və ağır texnikalar ötürülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.