Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Rusiya Dəmir Yollarının Qafqazda və Yaxın Şərqdə perspektivli layihələri

© Official website of President of Azerbaijan RepublicОткрытие железнодорожного вокзала в Габале и однолинейной железной дороги ст. Ляки-Габала
Открытие железнодорожного вокзала в Габале и однолинейной железной дороги ст. Ляки-Габала - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Bir gün əvvəl İranda Rəşt-Astara dəmir yolu xəttinin layihələndirilməsi işlərinə başlanıldığı məlum olub.
Tikinti nəqliyyat dəhlizinin imkanlarını artıracaq, həmçinin Rusiya, Azərbaycan, İran, Hindistan və digər Körfəz ölkələri arasında çatdırılma tariflərini azaldacaq. 2028-ci ilə qədər Rəşt-Astara hissəsində işlərin tamamilə başa çatdırılması planlaşdırılır.
Xəttin tikintisi layihəsi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilir. Uzunluğu 7200 km olan İTC 11 ölkəni birləşdirəcək. O, Rusiyadan Azərbaycandan keçərək İrana, oradan da Hindistana gedir.
Rusiya və Azərbaycan dəmiryolçularını daha hansı birgə layihələr birləşdirir və Rusiyadan Türkiyəyə Azərbaycan üzərindən dəmir yolu əlaqəsinin olması mümkündürmü? Bununla bağlı mövzular oktyabrın 25-də saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək videokörpü zamanı müzakirə olunacaq.
Moskvada:
Kirillova Alevtina Qriqoryevna – aqrar-sənaye fəaliyyətinin inkişafına yardım üzrə “Avrasiya Aqroloqları” muxtar qeyri-kommersiya təşkilatının baş direktoru, texnika elmləri doktoru, professor;
Bakıda:
Mirsayapov Ruslan Zaqitoviç – Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyinin rəhbəri.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq.
Xəbər lenti
0