https://sputnik.az/20231023/rusiya-a-nin-yeni-sanksiyalarina-hazirdir---xn-459853078.html
Rusiya Aİ-nin yeni sanksiyalarına hazırdır - XİN
Rusiya Aİ-nin yeni sanksiyalarına hazırdır - XİN
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, ölkəsi sanksiyaları neytrallaşdırmaq üçün atacağı addımları və lazım gələrsə, əks tədbirlərin görülməsinin... 23.10.2023, Sputnik Azərbaycan
2023-10-23T13:25+0400
2023-10-23T13:25+0400
2023-10-23T13:26+0400
rusiya
rusiya
rusiya xin
sanksiyalar
ai
avropa ittifaqı
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:3090:1739_1920x0_80_0_0_95ec3b5b167df1cb8369022f00b75359.jpg
BAKI, 23 oktyabr — Sputnik. Rusiya Avropa İttifaqının (Aİ) yeni sanksiyaları qəbul ediləcəyi təqdirdə onlara hazırdır və cavab tədbirlərinin tətbiq edilməsinin zəruriliyi üzərində düşünəcək. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko 12-ci məhdudiyyətlər paketi üzrə Aİ-nin məsləhətləşmələrini şərh edərkən jurnalistlərə deyib. "Əgər hər hansı əlavə məhdudlaşdırıcı tədbirlər görülərsə, Rusiya onlara hazırdır və bu sanksiyaları neytrallaşdırmaq üçün atacağı addımları və lazım gələrsə, əks tədbirlərin görülməsinin zəruriliyini ölçüb-biçəcək", - deyə Rusiya xarici işlər nazirinin müavini bildirib. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:2732:2048_1920x0_80_0_0_3e4d64159bcae95341624ba3f33697be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya xin, sanksiyalar, ai, avropa ittifaqı, rusiya federasiyası
rusiya, rusiya xin, sanksiyalar, ai, avropa ittifaqı, rusiya federasiyası
Rusiya Aİ-nin yeni sanksiyalarına hazırdır - XİN
13:25 23.10.2023 (Yenilənib: 13:26 23.10.2023) Rusiya xarici işlər nazirinin müavini bildirib ki, ölkəsi sanksiyaları neytrallaşdırmaq üçün atacağı addımları və lazım gələrsə, əks tədbirlərin görülməsinin zəruriliyini ölçüb-biçəcək.
BAKI, 23 oktyabr — Sputnik. Rusiya Avropa İttifaqının (Aİ) yeni sanksiyaları qəbul ediləcəyi təqdirdə onlara hazırdır və cavab tədbirlərinin tətbiq edilməsinin zəruriliyi üzərində düşünəcək.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko 12-ci məhdudiyyətlər paketi üzrə Aİ-nin məsləhətləşmələrini şərh edərkən jurnalistlərə deyib.
"Əgər hər hansı əlavə məhdudlaşdırıcı tədbirlər görülərsə, Rusiya onlara hazırdır və bu sanksiyaları neytrallaşdırmaq üçün atacağı addımları və lazım gələrsə, əks tədbirlərin görülməsinin zəruriliyini ölçüb-biçəcək", - deyə Rusiya xarici işlər nazirinin müavini bildirib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.