QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərdə ötən həftə 277 mina aşkarlanıb

mina - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147 piyada əleyhinə mina, 1067 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
Bu barədə qurumun "X" hesabında paylaşım edilib.
Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147 piyada əleyhinə mina, 1067 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 611,4 hektar ərazi minadan təmizlənib.
Xəbər lenti
0