Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov sabah Tehranda olacaq

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 22.10.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Sergey Lavrov “3+3” formatında keçiriləcək görüşə qatılacaq.
BAKI, 22 oktyabr - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehranda keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl IRNA agentliyi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin oktyabrın 23-də Tehranda “3+3” formatında görüşcəyi barədə məlumat yayıb.
Oktyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Tehrandakı görüşdə iştirak edəcəyini bəyan edib.
Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə ediləcək.
Qeyd edək ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.
Məmur - Sputnik Azərbaycan, 1920, 22.10.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası
Sabah Tehranda XİN başçılarının "3+3" formatında görüşü olacaq
Xəbər lenti
0