Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putinin dünyadakı populyarlığına fəlsəfi münasibətindən danışıb

© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Onun sözlərinə görə, Putin üçün əsas ona xaricdə deyil, Rusiyadakı insanların münasibətidir.
BAKI, 21 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin üçün əsas məsələ rusiyalıların ona münasibətidir, nəinki onun gördüyü iş haqqında dünyada nə düşünürlər. Eyni zamanda, qeyd etmək lazımdır ki, xaricdə Rusiya Federasiyası rəhbərinin siyasi çəkisini qiymətləndirən çoxlu müşahidəçilər var.
"RİA Novosti" yazıb ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (ÜİRÖM) daha əvvəl sorğunun nəticələrini təqdim edib. Mərkəzin məlumatına görə, rusiyalıların 77,9%-i Putinə etibar edir, respondentlərin 74,6%-i isə onun fəaliyyətini bəyənir.
Peskov qeyd edib ki, dövlət başçısı Moskvaya yeni qayıtdığı üçün tədqiqatın nəticələri ilə tanış olmağa vaxtı olmayıb. O qeyd edib ki, Vladimir Putin təkcə Rusiya Federasiyasında deyil, bütün dünyada məşhurdur. Bununla yanaşı, Rusiya lideri özünün populyarlığına "fəlsəfi" münasibət bəsləyir.
"Dünyada Putinin dünyadakı siyasi çəkisini qiymətləndirən bir sıra müşahidəçilər var. Doğrudan da, o, dünyada məşhur olan siyasi liderdir. Elələri də var ki, əksinə, həyatlarının əsas vəzifəsini Putinlə mübarizə hesab edirlər. Fərqli insanlar möcuddur, lakin Putin üçün əsas yenə də ona xaricdə deyil, ölkədəki insanların münasibətidir", - deyə Peskov bildirib.
"Rusiya Federasiyasının rəhbərinin mətbuat katibi əlavə edib ki, Vladimir Putin mövzusu ABŞ-ın daxili siyasi gündəminin ayrılmaz hissəsinə çevrilib. O qeyd edib ki, amerikalı siyasətçilər tez-tez müxtəlif səviyyələrdə Rusiya prezidentinin adını çəkirlər", - deyə "RİA Novosti" məlumat verib.
Bundan əvvəl Dmitri Peskov ABŞ Prezidenti Co Baydenin Putinə qarşı tonunu qəbuledilməz adlandırıb. Amerika lideri rusiyalı həmkarını "demokratiya üçün təhlükə"də ittiham edib.
Xəbər lenti
0