https://sputnik.az/20231020/putin-rusiya-silahli-quvvelerinin-rostovdaki-qerargahina-bas-cekib--peskov-459778550.html
Putin Rusiya Silahlı Qüvvələrinin Rostovdakı qərargahına baş çəkib – Peskov
Putin Rusiya Silahlı Qüvvələrinin Rostovdakı qərargahına baş çəkib – Peskov
Sputnik Azərbaycan
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə Xüsusi hərbi əməliyyatın gedişi barədə məruzə... 20.10.2023, Sputnik Azərbaycan
2023-10-20T23:34+0400
2023-10-20T23:34+0400
2023-10-20T23:34+0400
dmitri peskov
rusiya
rusiya prezidenti vladimir putin
rostov
qərargah
rusiya
silahlı qüvvələr
valeri gerasimov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_0:31:3069:1757_1920x0_80_0_0_bf6faa86fa29bf93ffe736b3d4cbdf6d.jpg
BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Rostov-na-Don şəhərindəki qərargahına baş çəkib. Burada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xüsusi əməliyyatın gedişi barədə ona məruzə edib. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov xəbər verib. "Permdən qayıdan Prezident Putin Rostovda dayanıb və orada Rusiya Silahlı Qüvvələrinin qərargahına baş çəkib", - deyən Peskov Gerasimovun ona Ukraynadakı XHƏ zamanı işlərin vəziyyəti barədə məruzə etdiyini bildirib. "Müdafiə Nazirliyinin yüksək rütbəli rəhbərliyinin nümayəndələri ilə digər söhbətlər olub", - deyə mətbuat katibi əlavə edib. Dövlət başçısı Perm şəhərinə Pekindən uçub. Orada o, "Bir kəmər, bir yol" forumunda iştirak edib, Çin Xalq Respublikasının sədri, Macarıstanın baş naziri, eləcə də bir sıra digər dövlət başçıları ilə danışıqlar aparıb. Qeyd edək ki, prezident mütəmadi olaraq xüsusi əməliyyatda iştirak edən qoşunlar qrupunun qərargahına baş çəkir, orada görüşlər keçirir, komandanlıqla görüşür. Onun Rostova sonuncu səfəri avqustda olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_169:0:2900:2048_1920x0_80_0_0_b21556533fa09517cc89c94cdb4175da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri peskov, rusiya prezidenti vladimir putin, rostov, qərargah, rusiya, silahlı qüvvələr, valeri gerasimov
dmitri peskov, rusiya prezidenti vladimir putin, rostov, qərargah, rusiya, silahlı qüvvələr, valeri gerasimov
Putin Rusiya Silahlı Qüvvələrinin Rostovdakı qərargahına baş çəkib – Peskov
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə Xüsusi hərbi əməliyyatın gedişi barədə məruzə edib.
BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Rostov-na-Don şəhərindəki qərargahına baş çəkib. Burada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xüsusi əməliyyatın gedişi barədə ona məruzə edib.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov xəbər verib.
"Permdən qayıdan Prezident Putin Rostovda dayanıb və orada Rusiya Silahlı Qüvvələrinin qərargahına baş çəkib", - deyən Peskov Gerasimovun ona Ukraynadakı XHƏ zamanı işlərin vəziyyəti barədə məruzə etdiyini bildirib.
"Müdafiə Nazirliyinin yüksək rütbəli rəhbərliyinin nümayəndələri ilə digər söhbətlər olub", - deyə mətbuat katibi əlavə edib.
Dövlət başçısı Perm şəhərinə Pekindən uçub. Orada o, "Bir kəmər, bir yol" forumunda iştirak edib, Çin Xalq Respublikasının sədri, Macarıstanın baş naziri, eləcə də bir sıra digər dövlət başçıları ilə danışıqlar aparıb.
Qeyd edək ki, prezident mütəmadi olaraq xüsusi əməliyyatda iştirak edən qoşunlar qrupunun qərargahına baş çəkir, orada görüşlər keçirir, komandanlıqla görüşür. Onun Rostova sonuncu səfəri avqustda olub.