Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mən şayiələri şərh etmirəm - Lavrov

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Oktyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinin KXDR-ə səfəri üçün hələ dəqiq tarix yoxdur.
BAKI, 20 oktyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə KXDR arasında hərbi-texniki əməkdaşlıq barədə məlumatları şayiə adlandırıb.
"Bilirsiniz, mən şayiələri şərh etmirəm", - o deyib.
O bildirib ki, amerikalıların hər zaman hər kəsi hər şeydə günahlandırması yeni xəbər deyil.
"Əlbəttə, biz bunları şayiə adlandırırıq", - nazir vurğulayıb.
Sentyabrın əvvəlində Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edib. Amur vilayətində o, Rusiya prezidenti Vladimir Putinlə birgə "Vostoçnı" kosmodromuna baxış keçirib. Sonra dövlət başçıları danışıqlar aparıb, regional təhlükəsizlik və dünyadakı vəziyyəti müzakirə ediblər.
Kim Çen In Komsomolsk-na-Amurda hərbi və mülki texnika istehsal edən təyyarə zavoduna və UAC Yakovlevin mülki bölməsinin istehsal mərkəzinə də baş çəkib. Sonra KXDR lideri və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vladivostokda Sakit Okean Donanmasının marşal Şapoşnikov freqatına gəlib. Sonra tərəflər regional və beynəlxalq hərbi-siyasi vəziyyət, taktiki-strateji qarşılıqlı fəaliyyət və əməkdaşlığın daha da gücləndirilməsi, silahlı qüvvələr arasında qarşılıqlı mübadilə və iki ölkənin müdafiə təhlükəsizliyi sahəsində işgüzar məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu həftə Rusiyanın xarici işlər naziri Lavrov KXDR-ə səfər edib. Onu KXDR lideri qəbul edib.
Oktyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinin KXDR-ə səfəri üçün hələ dəqiq tarix yoxdur.
Xəbər lenti
0