https://sputnik.az/20231019/rusiya-xn-brks-in-vahid-valyutaya-kecidi-barede-aciqlama-yayib-459755615.html
Rusiya XİN BRİKS-in vahid valyutaya keçidi barədə açıqlama yayıb
Rusiya XİN BRİKS-in vahid valyutaya keçidi barədə açıqlama yayıb
Sputnik Azərbaycan
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 20-dən çox dövlət iqtisadi bloka qoşulmaq arzusunu bildirib. 19.10.2023, Sputnik Azərbaycan
2023-10-19T20:08+0400
2023-10-19T20:08+0400
2023-10-19T20:08+0400
briks
rusiya
valyuta
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457915029_0:0:3152:1773_1920x0_80_0_0_dfbfbf02d0e5eec6ed327a5f430d5592.jpg
BAKI, 19 oktyabr — Sputnik. BRİKS-də vahid valyutanın tətbiq edilməsi bir çox təşkilati proseslərdən keçməyi tələb edir, çoxlu məqamlar var. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin "Made in Russia" beynəlxalq forumunun sessiyasında bildirib. "BRİKS çərçivəsində ortaq standart hesab vahidinin tətbiqi ideyası nəzərdən keçirilir. Bu ümumi valyuta deyil. Ola bilsin ki, bu yerə çatmaz, amma çata da bilər. Biz fərqli yollardan keçməliyik. Bu, texnoloji, təşkilati, hüquqi, iqtisadi, bir çox nüanslarla bağlıdır", - Pankin " qeyd edib. BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 20-dən çox dövlət iqtisadi bloka qoşulmaq arzusunu bildirib. Avqustun sonunda Yohannesburqda keçirilən zirvə toplantısından sonra BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya BRİKS-ə rəsmi olaraq dəvət edilib və yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457915029_0:0:2732:2048_1920x0_80_0_0_8fc5f4508acc0d5dfd5cb1c2bfedcf5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
briks , valyuta
Rusiya XİN BRİKS-in vahid valyutaya keçidi barədə açıqlama yayıb
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 20-dən çox dövlət iqtisadi bloka qoşulmaq arzusunu bildirib.
BAKI, 19 oktyabr — Sputnik. BRİKS-də vahid valyutanın tətbiq edilməsi bir çox təşkilati proseslərdən keçməyi tələb edir, çoxlu məqamlar var. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin "Made in Russia" beynəlxalq forumunun sessiyasında bildirib.
"BRİKS çərçivəsində ortaq standart hesab vahidinin tətbiqi ideyası nəzərdən keçirilir. Bu ümumi valyuta deyil. Ola bilsin ki, bu yerə çatmaz, amma çata da bilər. Biz fərqli yollardan keçməliyik. Bu, texnoloji, təşkilati, hüquqi, iqtisadi, bir çox nüanslarla bağlıdır", - Pankin " qeyd edib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 20-dən çox dövlət iqtisadi bloka qoşulmaq arzusunu bildirib. Avqustun sonunda Yohannesburqda keçirilən zirvə toplantısından sonra BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya BRİKS-ə rəsmi olaraq dəvət edilib və yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.