https://sputnik.az/20231019/rusiya-felestinliler-ucun-humanitar-yardim-gonderdi-459765502.html
Rusiya fələstinlilər üçün humanitar yardım göndərdi
Rusiya fələstinlilər üçün humanitar yardım göndərdi
Sputnik Azərbaycan
Rusiya FHN bundan əvvəl Moskva vilayətindən El-Ariş (Misir) hava limanına uçan təyyarənin 27 ton humanitar yük çatdıracağını bildirmişdi. 19.10.2023, Sputnik Azərbaycan
2023-10-19T20:27+0400
2023-10-19T20:27+0400
2023-10-19T20:27+0400
rusiya
fələstin
qəzza
bmt
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
humanitar yardım
misir
həmas
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0c/425447831_0:112:1500:956_1920x0_80_0_0_60486e38c54d8e8a89d2080838578450.jpg
BAKI, 19 oktyabr — Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 nəqliyyat təyyarəsi Qəzza zolağının əhalisi üçün Misirə humanitar yardım çatdırıb. Bu barədə Rusiya FHN məlumat yayıb. "Un, şəkər, düyü və makarondan ibarət humanitar yük Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil verilib", - məlumatda bildirilib. Rusiyanın humanitar yardımı Misir tərəfi tərəfindən Qəzza zolağının mülki əhalisinə çatdırılacaq. Rusiya FHN bundan əvvəl Moskva vilayətindən El-Ariş (Misir) hava limanına uçan təyyarənin 27 ton humanitar yük çatdıracağını bildirmişdi. Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Qəzza zolağında qurbanların sayı 3 minə yaxındır, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0c/425447831_167:0:1500:1000_1920x0_80_0_0_bad718ad51222277865f16ebc767db28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fələstin, qəzza, bmt, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, humanitar yardım, misir, həmas
fələstin, qəzza, bmt, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, humanitar yardım, misir, həmas
Rusiya fələstinlilər üçün humanitar yardım göndərdi
Rusiya FHN bundan əvvəl Moskva vilayətindən El-Ariş (Misir) hava limanına uçan təyyarənin 27 ton humanitar yük çatdıracağını bildirmişdi.
BAKI, 19 oktyabr — Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 nəqliyyat təyyarəsi Qəzza zolağının əhalisi üçün Misirə humanitar yardım çatdırıb. Bu barədə Rusiya FHN məlumat yayıb.
"Un, şəkər, düyü və makarondan ibarət humanitar yük Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil verilib", - məlumatda bildirilib.
Rusiyanın humanitar yardımı Misir tərəfi tərəfindən Qəzza zolağının mülki əhalisinə çatdırılacaq.
Rusiya FHN bundan əvvəl Moskva vilayətindən El-Ariş (Misir) hava limanına uçan təyyarənin 27 ton humanitar yük çatdıracağını bildirmişdi.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 3 minə yaxındır, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.