Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukrayna ordusunun son itkilərini açıqladı

© AFP 2023 / GENYA SAVILOVУкраинские военные
Украинские военные - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Hücum və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin 79-cu hava hücumu, 72-ci mexanikləşdirilmiş, 58-ci motoatıcı briqadalarının, Novomixailovka, Pavlovka və Staromayorsko ərazilərində 107 və 128-ci yerüstü müdafiə briqadalarının canlı qüvvəsini və texnikasını vurub.
BAKI, 18 oktyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin "Vostok" qruplaşması Cənubi Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edib, Ukrayna tərəfi gün ərzində 170-ə qədər hərbçi və 3 texnikasını itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Cənub Donetsk istiqamətində "Vostok" qoşun qruplaşmasının bölmələri ordu aviasiyası və artilleriyasının birgə fəaliyyəti ilə 102-ci ərazi müdafiə briqadasının hücum qrupunun Zaporojye vilayətinin Çervonaya kəndi ərazisindəki hücumunu dəf edib", - məlumatda deyilir.

Bundan əlavə, hücum və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin 79-cu hava hücumu, 72-ci mexanikləşdirilmiş, 58-ci motoatıcı briqadalarının, Novomixailovka, Pavlovka və Staromayorsko ərazilərində 107 və 128-ci yerüstü müdafiə briqadalarının canlı qüvvəsini və texnikasını vurub.

"Düşmənin itkiləri 170-ə qədər Ukrayna hərbçisi, iki pikap, eləcə də bir tank əleyhinə silah olan "Rapier" olub", - deyə Rusiya MN bildirib.

Donetsk istiqaməti
Donetsk istiqamətində Rusiya bölmələrinin "Cənub" qrupu 24 saat ərzində aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə "DXR"in Kurdyumovka, Andreevka, Kleşçheyevka, Xromovo və Maryinka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 28, 42, 67, 93-cü mexanikləşdirilmiş briqadalarının, 79-cu hava hücumu briqadası, 112-ci ərazi müdafiə briqadasının canlı qüvvəsini və texnikasını vurub. Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə düşmənin ümumi itkiləri 115-ə qədər hərbçi, 2 zirehli döyüş maşını, 2 pikap, 1 ədəd D-20 haubitsası və 1 ədəd Msta-B haubitsası olub.
Zaporojye istiqaməti
Zaporojye istiqamətində Rusiya hərbi qulluqçuları 24 saat ərzində aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə Zaporojye vilayətinin Verbovoye kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 71-ci Yaeger briqadasının hücum dəstəsinin hücumunu dəf edib.
Bundan başqa, Zaporojye vilayətindəki Uspenivka ərazisində Ukrayna Silahlı Qüvvələrinin 82-ci hava hücumu və 116-cı mexanikləşdirilmiş briqadalarının şəxsi heyəti və texnikası atəşə tutulub.
"Düşmənin sutkada ümumi itkiləri 85-ə qədər hərbçi, iki zirehli döyüş maşını, iki avtomobil, həmçinin ABŞ istehsalı olan M119 haubitsası olub", - Rusiya Müdafiə Nazirliyi əlavə edib.
Kupyansk istiqaməti
Kupyansk istiqamətində "Qərb" qoşunlar qrupu aviasiya və artilleriyanın dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin İvanovka, Perşotravnevoy, Sinxovka rayonlarında, "LXR"in Orlyanski, və Sergeevka ərazilərində 14, 32, 43, 115-ci mexanikləşdirilmiş briqadalarının hücum qruplarının 13 hücumunu dəf edib. Ordu aviasiyası və ağır atəş sistemləri Xarkov vilayətinin Nadiya, "LXR"in Berestovye ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 68-ci Yaeger briqadasının və 103-cü Terrordan Müdafiə Briqadasının canlı qüvvə və texnikasını darmadağın edib.

"Ukrayna Silahlı Qüvvələrinin itkiləri 80-ə qədər hərbçi, üç tank, ABŞ istehsalı olan bir M113 zirehli transportyoru, üç zirehli döyüş maşını, iki pikap, həmçinin "Akasiya" özüyeriyən artilleriya qurğusu olub", - deyə Rusiya MN bildirib.

Krasnolimansk istiqaməti
Krasnolimansk istiqamətində Mərkəz qoşun qrupu ordu aviasiyası və artilleriyasının dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin 63-cü mexanikləşdirilmiş briqadasının hücum qruplarının "LXR"in Çervonaya Dibrova qəsəbəsi ərazisində hücumunu dəf edib. Hücum və ordu aviasiyasının zərbələri Ukrayna Silahlı Qüvvələrinin 67-ci Mexanikləşdirilmiş Briqadasının, 5-ci Milli Qvardiya Briqadasının, 1-ci Xüsusi Təyinatlı Qrupun və 110-cu Terrordan Müdafiə Briqadasının "DXR"in Qriqorovka , Çervona Dibriyan və Servona ərazilərində canlı qüvvə və texnikasını darmadağın edib.
"Düşmənin itkiləri 60-a qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını və iki pikap olub", - nazirlik bildirib.
Xerson istiqaməti
Xerson istiqamətindəki Rusiya bölmələri Xerson vilayətinin Podstepno və Poima yaşayış məntəqələri ərazilərində dörd diversiya-kəşfiyyat qrupunun fəaliyyətinin qarşısı alınıb.
"Nəticədə 70-ə qədər Ukrayna hərbçisi və iki maşın məhv edilib", - Rusiya MN-nin hesabatında deyilir.
Əksbatareya döyüşləri zamanı aABŞ istehsalı olan M777 artilleriya sistemi və iki D-30 haubitsası vurulub.
Ukrayna Silahlı Qüvvələrinin anbarı və nəzarət-buraxılış məntəqəsi dağıdılıb
Rusiya hərbçiləri Dnepropetrovsk vilayətindəki Lozovoye aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiya silahları anbarını məhv ediblər.
Zaporojye vilayətinin Serebryanka və "DXR"in Malinovka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 67-ci mexanikləşdirilmiş briqadasının bölmələrinin və 102-ci ərazi müdafiə briqadasının komanda və müşahidə məntəqələri vurulub.
Qara Dəniz Donanmasının qüvvələri Qara dənizin mərkəzi hissəsində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz katerini məhv edib.
Hava hücumundan müdafiə işi
Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə sistemləri bir JDAM idarə olunan bomba və dörd HIMARS RYAS mərmisini vurub.
"Bundan başqa, Donetsk şəhəri, Çervonaya Dibrova, Lozovoye qəsəbələri, Zaporojye vilayətinin Kamensko, Çervonoqorka, Novofedorivka, Xerson vilayətinin Saqi və Xarkov vilayətinin Jovtnevo ərazilərində 51 pilotsuz uçuş aparatı məhv edilib", - məlumatda deyilir.
Xüsusi əməliyyat başlayandan
Ümumilikdə, xüsusi əməliyyat başlayandan bəri 491 Ukrayna hərbi təyyarəsi, 251 helikopter, 8004 pilotsuz təyyarə, 441 zenit-raket kompleksi, 12 746 tank və digər zirehli döyüş maşını, 1163 reaktiv yaylım atəş sistemli döyüş maşını, 6 810 səhra artilleriya silahı və minaatan, o cümlədən 14 419 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0