Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Qəzzada xəstəxanaya edilən hücumu humanitar fəlakət adlandırdı

© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Çin sədri Si Cinpinlə üç saatlıq söhbət zamanı ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıq haqqında danışılıb, Yaxın Şərqdəki vəziyyəti ətraflı müzakirə edilib.
BAKI, 18 oktyabr — Sputnik. Bütün ölkələri nəzərə alsaq, Rusiya Çinlə ticarət dövriyyəsinə görə altıncı yerdədir. Eyni zamanda, Uzaq Şərq regionundan kənar ölkələrə baxsaq, Rusiya Federasiyası Almaniyanı qabaqlayaraq ABŞ-dan sonra ikinci yeri tutub. Bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.
Putin qeyd edib ki, əslində sırf formal yanaşılanda bu, belə deyil:
"Statistikada "Honq Konq" və digər Çin əraziləri nəzərə alınır".
Putin qeyd edib ki, hər hansı bir ölkənin qonşu ölkələrlə həmişə daha çox ticarət dövriyyəsi olur.

"Qeyri-regional ölkələr arasında biz Çinlə ticarətdə ABŞ-dan sonra mahiyyətcə ikinci yeri tuturuq, artıq bu göstəricidə Almaniya Federativ Respublikasını qabaqlayırıq", - Rusiya prezidenti əlavə edib.

"Xarici amillərin və münaqişələrin Rusiya-Çin münasibətlərinin inkişafına necə təsir etməsinə gəlincə. Bütün bu xarici amillər ümumi təhdidlərdir və Rusiya-Çin qarşılıqlı fəaliyyətini gücləndirir. Perspektivlərə gəlincə, mən buna nikbin baxıram", - deyə Putin bildirib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Çin sədri Si Cinpinlə üç saatlıq söhbət zamanı ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıq haqqında danışılıb, Yaxın Şərqdəki vəziyyəti ətraflı müzakirə edilib.
"Siz özünüz dediniz: biz Çin Xalq Respublikasının sədri ilə üç saat danışdıq, sizə hər şeyi deyə bilmərik. Bu, bütün ikitərəfli gündəmi əhatə edir. Orada çoxlu məsələlər var - iqtisadiyyat, maliyyə, siyasi qarşılıqlı fəaliyyət, beynəlxalq platformalarda birgə iş. Biz Yaxın Şərqdəki vəziyyəti bir qədər təfərrüatı ilə müzakirə etdik", - Putin jurnalistlərə Çin lideri ilə danışıqların yekunlarından danışarkən deyib.
Rusiya prezidenti Vladimir Putin Qəzzada xəstəxanaya edilən hücumu faciə və humanitar fəlakət adlandırıb və bunun münaqişəyə son qoyulması zərurətinin siqnalı olacağını gözlədiyini bildirib.

"Orada baş verən faciə dəhşətli hadisələrdir. Yüzlərlə ölü və yüzlərlə yaralı - bu, təbii ki, fəlakətdir. Mən həqiqətən də ümid edirəm ki, bu münaqişəni mümkün qədər tez bitirməliyik", - o, mətbuat konfransında deyib.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında çərşənbə günü Pekində keçirilən danışıqlar başa çatıb. Rusiya lideri Çin paytaxtının mərkəzindəki Xalq Məclisləri Evini tərk edib.
Xatırladaq ki, Vladimir Putin Si Cinpinin dəvəti ilə Çindədir. Bundan əvvəl o, "Bir kəmər, bir yol" forumunda çıxış edib.
17-18 oktyabr tarixlərində Pekində Si Cinpinin təklif etdiyi eyniadlı təşəbbüsün onuncu ildönümündə üçüncü yüksək səviyyəli "Bir kəmər, bir yol" forumu keçirilir.
Onu da qeyd edək ki, "Bir kəmər, bir yol" Çinin Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət və nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi, yeni ticarət və nəqliyyat dəhlizlərinin yaradılması üzrə beynəlxalq təşəbbüsüdür. Təşəbbüs həmin dövlətlərlə Çin arasında ticarət əlaqələrinin inkişafına kömək etmək məqsədini daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0