Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Monqolustan və Çinə dəmir yolu marşrutlarının çəkilməsi üzərində işlər gedir

© Sputnik / Sergei Savostyanov / POOL / Mediabanka keçid Rusiya Prezidenti Vladimir Putin
 Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü "Bir kəmər, bir yol" forumunda çıxışı zamanı həmkarlarını yeni marşrutların yaradılması və Rusiyanın nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı digər planlar barədə məlumatlandırıb.
BAKI, 18 oktyabr — Sputnik. Rusiya xarici tərəfdaşları ilə birlikdə Sibirdən Monqolustan, Çin və Sakit okean limanlarına dəmir yolu xətlərinin çəkilməsi üzərində işləyir. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Mərkəzi Sibirdən cənub istiqamətində - Çin, Monqolustan, Hind və Sakit okean limanları istiqamətində dəmir yolu marşrutları tikmək üçün xarici tərəfdaşlarla işləyirik", - deyə Putin çərşənbə günü "Bir kəmər, bir yol" forumunda çıxışı zamanı söyləyib.

O, həmkarlarını yeni marşrutların yaradılması və Rusiyanın nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı digər planlar barədə məlumatlandırıb.
Belə ki, ölkənin Avropa hissəsində Rusiyanın Baltik və Arktikadakı limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki limanlarla birləşdirən beynəlxalq Şimal-Cənub dəhlizi formalaşır. Rusiya prezidenti onu da əlavə edib ki, şimaldan cənuba daha bir nəqliyyat meridianı Rusiyanın Ural bölgəsindən və Sibirdən keçəcək.
"Onun əsas elementləri Trans-Sibir Dəmir Yolunun mərkəzi hissəsinin, o cümlədən bizim regionlarımızın ərazisində - Omsk, Novosibirsk, Kemerovo, Tomsk vilayətləri, Altay diyarında yerləşən Qərbi Sibir Dəmiryolunun modernləşdirilməsidir. Bunlar Rusiya Sibirinin bütün bölgələridir", - deyə Putin dəqiqləşdirib.
Prezident həmçinin Şimal Dəniz Marşrutunun tikintisini də xatırladıb. Bu, Şimal Buzlu Okeanın limanlarına və Krasnoyarsk diyarının şimalındakı Yamal yarımadasına çıxışı olan başqa bir dəmir yolu xəttidir.
RF lideri Xantı-Mansiysk Muxtar Dairəsi ərazisindən onun ən böyük dəmir yolu şəbəkəsi - Trans-Sibir dəmir yolu və Baykal-Amur magistral xətti ilə birləşdiriləcək yeni Şimali Sibir dəmir yolunun yaradılması planlarından da söhbət açıb.
Xatırladaq ki, Arktikadan Rusiyanın cənubuna daha bir dəhlizin Uzaq Şərqdə yaradılması planlaşdırılır. Putinin sözlərinə görə, onun elementləri də formalaşır - bu, BAM-dan Yakutiyaya dəmir yolu qolu, Lena və Amur çayları üzərindən körpülər, Sakit Okean dəmir yolu, magistral yolların modernləşdirilməsi, Şimal dəniz marşrutunun şərq hissəsində dərin su terminallarının yaradılmasıdır.

"Rusiyanın Avropa hissəsində, Sibirdə, Uzaq Şərqdə şimaldan cənuba bütün bu nəqliyyat dəhlizləri Şimal Dəniz Marşrutunu qitəmizin cənubundakı, Hind və Sakit Okeanların sahillərindəki böyük logistika qovşaqları ilə birbaşa əlaqələndirmək və inteqrasiya etmək imkanı yaradır", - deyə Rusiya prezidenti bəyan edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0