Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiya ilə Vyetnam arasında dostluq münasibətləri yaranıb

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin vyetnamlı həmkarı Vo Van Txıonqa ilə
Rusiya Prezidenti Vladimir Putin vyetnamlı həmkarı Vo Van Txıonqa ilə  - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Siyasətçilər arasında danışıqlar "Dyaoyuytay" dövlət iqamətgahında keçirilib.
BAKI, 17 oktyabr — Sputnik. Rusiya ilə Vyetnam arasında gözəl münasibətlər yaranıb və bu münasibətlər ənənəvi dostluq şəraitində inkişaf etməkdə davam edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin vyetnamlı həmkarı Vo Van Txıonqa ilə görüşündə deyib.
Putin əlavə edib ki, 2024-cü ildə Rusiya ilə Vyetnam arasında dostluq münasibətlərinin əsasları haqqında Müqavilənin imzalanmasından 30 il ötür, lakin bu münasibətlərin kökləri daha dərindir, iki ölkənin xalqları isə son dərəcə yaxındır.
Vyetnam lideri Vo Van Txıonqa öz növbəsində bildirib ki, Vyetnam hakimiyyəti Rusiyanı prioritet tərəfdaş hesab edir.
"Vyetnam xarici siyasətində Rusiyanı əsas prioritet hesab edir", - deyə siyasətçi vurğulayıb.
Vyetnam prezidenti qeyd edib ki, Hanoy ardıcıl olaraq Moskva ilə hərtərəfli strateji tərəfdaşlığa və Rusiya Federasiyası ilə sıx əlaqələrə böyük əhəmiyyət verir.
Xatırladaq ki, Rusiya lideri Çinin sədri Si Cinpinin dəvəti ilə Çinə səfər edib və oktyabrın 17 və 18-i tarixlərində Pekində olacaq.
Qeyd olunduğu kimi, ilk gündə Vladimir Putinin Vyetnam, Tayland Krallığı, Monqolustan və Laos Xalq Demokratik Respublikasının başçıları, həmçinin Pakistanın Baş naziri ilə danışıqları planlaşdırılır. Çərşənbə günü, oktyabrın 18-də Si Cinpinlə Rusiya-Çin danışıqları baş tutacaq.
Xəbər lenti
0