QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

I Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvlərindən 1202 bioloji nümunə götürülüb

© Sputnik / Sergey Averin / Mediabanka keçidBeynəlxalq Qızıl Xaç Komitəsi
Beynəlxalq Qızıl Xaç Komitəsi - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Beynəlxalq Qızıl Xaç Komitəsi 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb.
BAKI, 17 oktyabr — Sputnik. 2023-cü ilin yanvar-iyun ayı ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BQXK-nın keçirdiyi tədbirdə məlumat verilib.
Bildirilib ki, bundan başqa aidiyyəti dövlət qurumlarına itkin düşmüş şəxslərin ailələrinə cavabların verilməsində dəstək göstərmək məqsədilə BQXK texniki tövsiyələrini bölüşməklə və fərqli ləvazimatların ianəsi vasitəsilə 3 rayonda aparılmış ekshumasiya layihələrinə dəstək göstərib.
Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən itkin düşmüş şəxslərlə bağlı 1202 bioloji nümunə götürülüb. Bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O bildirib ki, 1990-cı illərdə Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin 523 ailə üzvündən 1202 bioloji nümunə götürülüb.
Xəbər lenti
0