QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: “Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”

© AFP 2024 / EMMANUEL DUNANDРуины здания недалеко от города Физули
Руины здания недалеко от города Физули - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
2020-ci il oktyabrın 17-də Füzuli Ermənistanın 30 illik hərbi işğalından azad edilib.
BAKI, 17 oktyabr - Sputnik. “Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli Şəhər Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda qeyd edib.
O xatırladıb ki, 2020-ci il oktyabrın 17-də Füzuli Ermənistanın 30 illik hərbi işğalından azad edilib.
“Keçmiş məcburi köçkünlər yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar isə məktəblərə gedirlər. Füzuli şəhərinin gənc sakinləri Füzuli Şəhəri Gününü - 17 oktyabr 2020-ci ildə Füzulinin Ermənistanın işğalından azad edilməsini gözəl konsert proqramı ilə qeyd edirlər. Diplomatik nümayəndələrlə biz də onlara qoşulmaqdan məmnunuq”, - o bildirib.
Xəbər lenti
0