https://sputnik.az/20231017/fuzuli-seherinin-isgaldan-azad-olundugu-gun--17-oktyabr-434294234.html
İkinci böyük qələbəmiz: Füzulinin işğaldan azad olunduğu gün
İkinci böyük qələbəmiz: Füzulinin işğaldan azad olunduğu gün
Sputnik Azərbaycan
Füzuli əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T00:00+0400
2023-10-17T00:00+0400
2023-10-17T00:46+0400
qarabağ
işğaldan azad etmə
vətən müharibəsi
payızın 44 anı
tarixdə bu gün
füzuli
füzuli rayonu
füzulinin azad olunması
https://cdnn1.img.sputnik.az/img/40454/84/404548413_0:77:2001:1202_1920x0_80_0_0_355278802175628b07b7b2b4698c8442.jpg
BAKI, 17 oktyabr - Sputnik. Füzuli rayonu və Füzuli şəhəri uğrunda 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən döyüşlər Vətən müharibəsinin ən çətin dövrünə təsadüf edib. Sputnik Azərbaycan xəbər verir k, şanlı ordumuzun aramsız həmlələri nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.Füzuli əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir. Şəhərin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır.Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir.Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradır.Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qoruyur.Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.Həmçinin oxuyun:Füzuli şəhərinin işğaldan azad olunduğu gün – 17 oktyabr!İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görürİlham Əliyev: "Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik"Prezident: "Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır"Dövlət başçısı Füzulinin azad olunmasının əhəmiyyəti barədə
https://sputnik.az/20231016/azerbaycan-lideri-fuzuli-seherinde-ikinci-yasayis-kompleksinin-temelini-qoyub-459660306.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40454/84/404548413_146:0:1853:1280_1920x0_80_0_0_d73f9e56b7447c1ecccd74e2f4a4bfd4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
işğaldan azad etmə, vətən müharibəsi, payızın 44 anı, tarixdə bu gün , füzuli, füzuli rayonu, füzulinin azad olunması
işğaldan azad etmə, vətən müharibəsi, payızın 44 anı, tarixdə bu gün , füzuli, füzuli rayonu, füzulinin azad olunması
İkinci böyük qələbəmiz: Füzulinin işğaldan azad olunduğu gün
00:00 17.10.2023 (Yenilənib: 00:46 17.10.2023) Füzuli əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
BAKI, 17 oktyabr - Sputnik. Füzuli rayonu və Füzuli şəhəri uğrunda 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən döyüşlər
Vətən müharibəsinin ən çətin dövrünə təsadüf edib.
Sputnik Azərbaycan xəbər verir k, şanlı ordumuzun aramsız həmlələri nəticəsində
Füzuli rayonunun
Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir. Şəhərin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır.
Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir.
Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradır.
Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qoruyur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.