https://sputnik.az/20231017/bakida-qeyri-muntezem-sernisin-dasiyan-suruculere-qarsi-reyd-kecirilib-459694608.html
Bakıda qeyri-müntəzəm sərnişin daşıyan sürücülərə qarşı reyd keçirilib
Bakıda qeyri-müntəzəm sərnişin daşıyan sürücülərə qarşı reyd keçirilib
Sputnik Azərbaycan
Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T19:54+0400
2023-10-17T19:54+0400
2023-10-17T19:54+0400
dyp
paytaxt xəbərləri
bakı
reyd
sürücülər
sərnişin
sərnişin daşıma
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643136_0:0:1200:675_1920x0_80_0_0_083c3dc316640697538f8be81dcc3b81.jpg
BAKI, 17 oktyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi ilə birlikdə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı reyd keçirib. Sputnik Azərbaycan bu barədə RİNN-ə istinadən xəbər verir. Məqsəd həmin daşıyıcıların oktyabrın 1-dən qüvvəyə minmiş icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, bu barədə maarifləndirilməsidir. Qeyd olunub ki, qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslər mütləq qaydada buraxılış vəsiqəsi əldə etməlidirlər. Buraxılış vəsiqəsini AYNA 7 il müddətinə verir və bunun üçün heç bir ödəniş tələb olunmur. Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün agentlik "AYNA" İnformasiya Sisteminin "Daşıyıcılar" altsistemini istifadəyə verib. İstifadəçilər "e-xidmet.ayna.gov.az" portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə təhlükəsizliyin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunmasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643136_150:0:1050:675_1920x0_80_0_0_93a71939ef85015e4c65e913854cb825.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, bakı, reyd, sürücülər, sərnişin, sərnişin daşıma
dyp, bakı, reyd, sürücülər, sərnişin, sərnişin daşıma
Bakıda qeyri-müntəzəm sərnişin daşıyan sürücülərə qarşı reyd keçirilib
Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür.
BAKI, 17 oktyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi ilə birlikdə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı reyd keçirib.
Sputnik Azərbaycan bu barədə RİNN-ə istinadən xəbər verir.
Məqsəd həmin daşıyıcıların oktyabrın 1-dən qüvvəyə minmiş icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, bu barədə maarifləndirilməsidir. Qeyd olunub ki, qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslər mütləq qaydada buraxılış vəsiqəsi əldə etməlidirlər. Buraxılış vəsiqəsini AYNA 7 il müddətinə verir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün agentlik "AYNA" İnformasiya Sisteminin "Daşıyıcılar" altsistemini istifadəyə verib. İstifadəçilər "e-xidmet.ayna.gov.az" portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.
Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə təhlükəsizliyin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunmasıdır.