Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Qərbin təşviq etdiyi dünya nizamını cəfəngiyyat adlandırıb

© Sputnik / Павел БедняковRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Qərb zaman-zaman özünə sərfəli qaydalar irəli sürür.
BAKI, 16 oktyabr — Sputnik. Qərb dövlətlərinin guya qaydalara əsaslanaraq təbliğ etdiyi dünya nizamı cəfəngiyyatdır, çünki bu qaydaları heç kim görməyib və onlarla razılaşmayıb.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Çin Media Korporasiyasına müsahibəsində deyib.
"Bu qaydaları heç görmüsünüz? Xeyr, çünki onları heç kim yazmayıb və heç kim heç kimlə razılaşdırmayıb. Heç kimin görmədiyi qaydalara söykənən nizamdan necə danışmaq olar? Sağlam düşüncə nöqteyi-nəzərindən bu cəfəngiyatdır", - deyə Rusiya Federasiyasının rəhbəri qeyd edib.
O əlavə edib ki, Qərb zaman-zaman özünə sərfəli qaydalar irəli sürür. Bu isə, Putinin fikrincə, özlərini həmişə birinci dərəcəli insanlar hesab edən Qərb ölkələrinin müstəmləkəçi yanaşmasını ortaya qoyur. Bu ölkələr, eyni zamanda sivilizasiyanın faydalarını başqa dövlətlərə də gətirdiklərini iddia edirlər.
Məsələn, ABŞ-ın siyasi elitasının öz eksklüzivliyini bəyan etməsində Putin müstəmləkəçi düşüncənin əsaslarını görüb.
Daha əvvəl Putin bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün hər şeyi edib.
Xəbər lenti
0