Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov çinli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - Rusiya XİN

© Sputnik / Valery Melnikov / Mediabanka keçidSergey Lavrov və Van İ, arxiv şəkli
Sergey Lavrov və Van İ, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Lavrov və Van İ Ukrayna böhranı məsələlərinə, o cümlədən onu siyasi və diplomatik üsullarla həll etmək səylərinə toxunublar.
BAKI, 16 oktyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekində danışıqlar zamanı Çinin xarici işlər naziri Van İ ilə Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə edib. Bu barədə Rusiya XİN məlumat yayıb.
"Geniş spektrli beynəlxalq və regional problemlər, o cümlədən Yaxın Şərqdə kəskin şəkildə pisləşən vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb", - bəyanatda deyilir.
Nazirlər Koreya yarımadasında sabitliyin qorunması və ASEAN mərkəzli təhlükəsizlik strukturunun zəifləməsinin qarşısının alınması kontekstində Asiya-Sakit Okean regionunda təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər. Bundan əlavə, danışıqlar zamanı Lavrov və Van İ Ukrayna böhranı məsələlərinə, o cümlədən onu siyasi və diplomatik üsullarla həll etmək səylərinə toxunublar", - Rusiya XİN-in məlumatında deyilir.
Hər iki ölkənin xarici işlər nazirləri Rusiya və Çin arasında beynəlxalq arenada, o cümlədən BMT və onun Təhlükəsizlik Şurasında, ŞƏT, G20, APEC və digər mexanizmlər və forumlarda sıx koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər və əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı öhdəliklərini təsdiq etdilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 16-18-də Çində səfərdə olacaq və burada üçüncü "Bir kəmər, bir yol" forumunda iştirak edəcək.
Xəbər lenti
0