https://sputnik.az/20231016/ap-putinin-pekine-seferi-cinden-ehemiyyetli-desteyi-gosterir-459654229.html
AP: Putinin Pekinə səfəri Çindən əhəmiyyətli dəstəyi göstərir
AP: Putinin Pekinə səfəri Çindən əhəmiyyətli dəstəyi göstərir
Sputnik Azərbaycan
Putin "Bir kəmər, bir yol" proqramının yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək. 16.10.2023, Sputnik Azərbaycan
2023-10-16T20:26+0400
2023-10-16T20:26+0400
2023-10-16T20:26+0400
rusiya prezidenti vladimir putin
rusiya
çin
səfər
moskva
pekin
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/06/436983229_0:0:2903:1634_1920x0_80_0_0_28aaa3cca9de097da6c4d9ac031554b8.jpg
BAKI, 16 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edir və burada "Bir kəmər, bir yol" proqramının 10 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək. Bu səfər Pekin tərəfindən Moskvanın iqtisadi və diplomatik dəstəyinin göstəricisidir. Bu barədə Rusiya mediası "Associated Press" beynəlxalq informasiya və xəbər agentliyinə istinadən xəbər verib. Politoloq Aleksandr Qabuyev "The Associated Press"ə müsahibəsində bildirib ki, Çin baxımından Rusiya "təhlükəsiz və dost olan qonşudur", həmçinin ucuz xammal mənbəyidir. "Bu, dünya arenasında Çin təşəbbüslərinə dəstəkdir", - deyə Qabuyev vurğulayıb. Politoloq Çini Rusiya üçün Rusiya mallarının əsas bazarı adlandıraraq qeyd edib ki, bu ölkə Moskvanın xarici dünya ilə ticarəti üçün öz valyutasını və ödəniş sistemini təmin edir, eyni zamanda mürəkkəb texnoloji idxalın, o cümlədən ikili məqsədli malların əsas mənbəyidir. "Hər iki ölkə təhlükəsizlik baxımından özünü təmin edir və tərəfdaşlıqdan faydalanır, lakin heç birinin digər tərəfdən təhlükəsizlik zəmanətinə ehtiyacı yoxdur. Onlar da strateji muxtariyyəti təbliğ edirlər", - deyə politoloq əlavə edib. Xatırladaq ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Rusiya və Çinin sərhədlərinə yenidən baxılması məsələsinin necə həll olunduğunu deyərək bildirib ki, Moskva və Pekin münasibətləri xoşməramlılıq üzərində qurulduğu üçün müxtəlif məsələlərdə həmişə kompromis tapa biləcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/06/436983229_0:0:2731:2048_1920x0_80_0_0_eec71a5aaf5613f76bf1a2bc61f3a1fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, çin, səfər, moskva, pekin
rusiya prezidenti vladimir putin, çin, səfər, moskva, pekin
AP: Putinin Pekinə səfəri Çindən əhəmiyyətli dəstəyi göstərir
Putin "Bir kəmər, bir yol" proqramının yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək.
BAKI, 16 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edir və burada "Bir kəmər, bir yol" proqramının 10 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək. Bu səfər Pekin tərəfindən Moskvanın iqtisadi və diplomatik dəstəyinin göstəricisidir.
Bu barədə Rusiya mediası "Associated Press" beynəlxalq informasiya və xəbər agentliyinə istinadən xəbər verib.
Politoloq Aleksandr Qabuyev "The Associated Press"ə müsahibəsində bildirib ki, Çin baxımından Rusiya "təhlükəsiz və dost olan qonşudur", həmçinin ucuz xammal mənbəyidir.
"Bu, dünya arenasında Çin təşəbbüslərinə dəstəkdir", - deyə Qabuyev vurğulayıb.
Politoloq Çini Rusiya üçün Rusiya mallarının əsas bazarı adlandıraraq qeyd edib ki, bu ölkə Moskvanın xarici dünya ilə ticarəti üçün öz valyutasını və ödəniş sistemini təmin edir, eyni zamanda mürəkkəb texnoloji idxalın, o cümlədən ikili məqsədli malların əsas mənbəyidir.
"Hər iki ölkə təhlükəsizlik baxımından özünü təmin edir və tərəfdaşlıqdan faydalanır, lakin heç birinin digər tərəfdən təhlükəsizlik zəmanətinə ehtiyacı yoxdur. Onlar da strateji muxtariyyəti təbliğ edirlər", - deyə politoloq əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Rusiya və Çinin sərhədlərinə yenidən baxılması məsələsinin necə həll olunduğunu deyərək bildirib ki, Moskva və Pekin münasibətləri xoşməramlılıq üzərində qurulduğu üçün müxtəlif məsələlərdə həmişə kompromis tapa biləcəklər.