Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Yaxın Şərqlə bağlı qətnamə layihəsinin BMT TŞ-da səsverməyə çıxarılmasını istəyir

BMT, arxiv
BMT, arxiv - Sputnik Azərbaycan, 1920, 15.10.2023
Abunə olmaq
Polyanski əlavə edib ki, Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasına sədrlik edən Braziliyanın yaxın zamanda bu istəyi təsdiqləyəcəyini gözləyir.
BAKI, 15 oktyabr - Sputnik. Rusiya oktyabrın 16-da Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamənin BMT Təhlükəsizlik Şurasında səsə qoyulmasını istəyib. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

"Qəzza ilə bağlı humanitar qətnamə layihəmi BMT Təhlükəsizlik Şurasının üzvləri arasında yaydıq və oktyabrın 16-sı saat 15:00-da [Moskva vaxtı ilə 22:00] səsvermənin keçirilməsini istədik", - o, X sosial şəbəkəsindəki (əvvəllər Twitter) səhifəsində yazıb.

Polyanski əlavə edib ki, Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasına sədrlik edən Braziliyanın yaxın zamanda bu istəyi təsdiqləyəcəyini gözləyir.

“Biz münaqişə tərəflərinə aydın siqnal göndərməliyik”, - Rusiya diplomatı qeyd edib.

Oktyabrın 13-də Rusiya BMT Təhlükəsizlik Şurasına İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamə təklif edib. O, bölgədə atəşkəsə, girovların azad edilməsinə çağırır, dinc əhaliyə qarşı zorakılığı və bütün terror aktlarını pisləyir. Rusiya Federasiyasının tərtib etdiyi sənəddə həmçinin humanitar yardımların, o cümlədən ərzaq, yanacaq və tibbi ləvazimatların çatdırılması, mülki şəxslərin təxliyəsi və müdafiəsi üçün şərait yaradılması tələb olunur.
Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri Rusiya Federasiyasının qətnamə layihəsinə müsbət, bəziləri isə təmkinlə reaksiya veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0