https://sputnik.az/20231014/nato-bas-katibi-ukraynadaki-muharibe-her-an-dondurula-biler-buna-mane-olmaga-calisiriq-459608323.html
NATO Baş katibi: “Ukraynadakı müharibə hər an dondurula bilər, buna mane olmağa çalışırıq"
NATO Baş katibi: “Ukraynadakı müharibə hər an dondurula bilər, buna mane olmağa çalışırıq"
Sputnik Azərbaycan
BAKI, 14 oktyabr - Sputnik. “Ukraynadakı müharibə hər an dondurula bilər. Belə bir risk həmişə var, amma biz müharibənin dondurulmamasına çalışırıq”. 14.10.2023, Sputnik Azərbaycan
2023-10-14T18:27+0400
2023-10-14T18:27+0400
2023-10-14T18:32+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
ukrayna
nato
baş katibi yens stoltenberq
nato-nun baş katibi
müharibə
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195769_0:0:3096:1742_1920x0_80_0_0_4e82e86047f0b1b369013820ce5daad9.jpg
BAKI, 14 oktyabr - Sputnik. “Ukraynadakı müharibə hər an dondurula bilər. Belə bir risk həmişə var, amma biz müharibənin dondurulmamasına çalışırıq”.“Report”un xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.O söyləyib ki, müttəfiqlər bunun baş verməməsi üçün çalışır: “Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik. Ukraynanın mübarizəsi bizim mübarizəmizdir”.Y. Stoltenberqin sözlərinə görə, müharibələr öz təbiətinə görə gözlənilməzdir və heç kim müharibənin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdıra bilməz: “Əlbəttə, ümid edirik ki, ədalətli və davamlı sülhü mümkün qədər tez əldə edə bilərik. Biz buna nail olmaq üçün çalışırıq. Bunun ən yaxşı yolu Ukraynaya hərbi dəstək verməkdir”.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195769_0:0:2732:2048_1920x0_80_0_0_7b9f1d3bf872f5de7ee4c2bb98e95ee9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xüsusi hərbi əməliyyat, ukrayna, nato, baş katibi yens stoltenberq, nato-nun baş katibi, müharibə
xüsusi hərbi əməliyyat, ukrayna, nato, baş katibi yens stoltenberq, nato-nun baş katibi, müharibə
BAKI, 14 oktyabr - Sputnik. “Ukraynadakı müharibə hər an dondurula bilər. Belə bir risk həmişə var, amma biz müharibənin dondurulmamasına çalışırıq”.
“Report”un xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O söyləyib ki, müttəfiqlər bunun baş verməməsi üçün çalışır: “Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik. Ukraynanın mübarizəsi bizim mübarizəmizdir”.
Y. Stoltenberqin sözlərinə görə, müharibələr öz təbiətinə görə gözlənilməzdir və heç kim müharibənin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdıra bilməz: “Əlbəttə, ümid edirik ki, ədalətli və davamlı sülhü mümkün qədər tez əldə edə bilərik. Biz buna nail olmaq üçün çalışırıq. Bunun ən yaxşı yolu Ukraynaya hərbi dəstək verməkdir”.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.