Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynanın PUA zərbəsi zamanı yaralanan "Sputnik" əməkdaşının son durumu açıqlanıb

© Photo : Khaybar Akifi's social network pageXaybar Akifi
Xaybar Akifi  - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Sputnik jurnalisti Xaybar Akifi və həyat yoldaşı Belqorodda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində yaralanıb, onların 4 yaşlı qızı isə həlak olub.
BAKI, 13 oktyabr — Sputnik. Belqorodda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin endirdiyi zərbədən sonra yaralanan Sputnik-in jurnalisti Xaybar Akifinin vəziyyəti stabilləşib. Bu barədə Belqorod Regional Klinik Xəstəxanasının baş həkimi Roman Protsenko jurnalistlərə bildirib.
"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov daha əvvəl RİA Novosti-yə bildirib ki, Sputnik jurnalisti Xaybar Akifi və həyat yoldaşı Belqorodda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində yaralanıb, onların 4 yaşlı qızı isə həlak olub.
Qubernator Vyaçeslav Qladkov bildirmişdi ki, yaralı komadadır, onun tənəffüs yolları, yuxarı və aşağı ətrafları yanıb. Belqorod vilayətinin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Xaybar son dərəcə ağır vəziyyətdədir, qeyri-stabildir və tibb işçiləri onun həyatını xilas etmək üçün hər şeyi edirlər.
"Onun qəbul zamanı vəziyyəti son dərəcə ağır idi. Lakin reanimatoloqlarımızın səyi nəticəsində ilk gündə onun vəziyyəti xeyli stabilləşib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir" - Protsenko bildirib.
16:14 12.10.2023
"Sputnik"in jurnalisti Ukraynanın hücumu nəticəsində ağır yaralanıb
"Sputnik"in jurnalisti və onun həyat yoldaşı Belqorod yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatının zərbəsi nəticəsində yaralanıb, onların 4 yaşlı qızı həlak olub. Bunu "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib.

"Ukrayna pilotsuz təyyarəsinin zərbəsi nəticəsində Sputnik-in Əfqanıstan redaksiyasında işləyən əməkdaşımız 29 yaşlı Xaybar Akifi və onun rusiyalı arvadı Olesya ağır yaralanıb və reanimasiyadadırlar. Böyük bir faciə baş verdi: onların 4 yaşlı qızı Əminə öldü. Rusiyanın dinc kəndlərinə edilən bu terror hücumu, təbii ki, Kiyev rejimi tərəfindən cəbhədə baş verənlərə cavab olaraq çarəsizlikdən törədilib. Biz ailəyə kömək etmək, onlara dəstək olmaq, sağaltmaq və gələcək üçün hər şeyi edirik", - deyə Kiselyov bildirib.

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçid"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov, arxiv
Генеральный директор МИА Россия сегодня Дмитрий Киселев - Sputnik Azərbaycan, 1920, 12.10.2023
"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov, arxiv
Onun sözlərinə görə, hazırda fəal şəkildə bununla bağlı nə etmək mümkün olduğu, yaralıları Moskvaya aparmağın lazım olub-olmaması barədə düşünülür.
"Təəssüf ki, bunlar bizim jurnalist korpusumuzda ilk itkilər deyil: biz 2014-cü ildə dünyasını dəyişən Andrey Stenini və bu yay dünyasını dəyişmiş və Yekaterinburqda dəfn edilən hərbi müxbirimiz Rostislav Juravlevi xatırlayırıq", - Dmitri Kiselyov bildirib .
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0