Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin MDB ölkələrini əməkdaşlığı genişləndirməyə çağırıb

© Sputnik / Press Service of the President of Kazakhstan Rusiya prezidenti Vladimir Putin, arxiv
 Rusiya prezidenti Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Rusiya lideri əlavə edib ki, BRİKS üzvlərinin sayının son zamanlar genişlənməsi və bu assosiasiyanın fundamental dəyərlərini və ideallarını paylaşan bütün tərəfdaşlarla işləməyə hazır olması əlavə imkanlar açır.
BAKI, 13 oktyabr — Sputnik. MDB ölkələri dünyanın əksər dövlətləri ilə qarşılıqlı əlaqələri genişləndirməlidir. Bunu Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında bildirib.
"Dünyanın digər regionlarından olan çoxluq adlandırılan qlobal cənub ölkələri ilə, baxışları bizə çox yaxın olan ölkələrlə birlikdə işləmək vacibdir", - o deyib.
Putin əlavə edib ki, BRİKS üzvlərinin sayının son zamanlar genişlənməsi və bu assosiasiyanın fundamental dəyərlərini və ideallarını paylaşan bütün tərəfdaşlarla işləməyə hazır olması əlavə imkanlar açır.

"Buna görə də 2024-cü ildə assosiasiyaya sədrlik edən Rusiya tərəfi MDB və BRİKS ölkələri arasında əməkdaşlığın qurulmasına üstünlük verəcək", - o, bildirib.

Rusiya Prezidenti xatırladıb ki, gələn il Rusiya Federasiyası həm MDB, həm də BRİKS-ə sədrlik edəcək.
"Bu, bizə imkan verir ki, sizinlə birlikdə məsləhətləşərək, bütün təşkilatlarla, o cümlədən BRİKS ilə əlaqələr quraq".
Rusiya lideri əmin edib ki, Moskva bu gün liderlər tərəfindən təsdiqlənmək üçün hazırlanmış "Çoxqütblü dünyada beynəlxalq münasibətlər haqqında", "İnsan və vətəndaşın dini etiqad azadlığı hüququnun qorunması haqqında", "Dövlət idarəçiliyində rəqəmsallaşma sahəsində əməkdaşlıq haqqında" birgə bəyanatlar layihəsini alqışlayır.
"MDB dövlətlərinin antiterror fəaliyyəti istiqamətində birgə səylərini gücləndirmək məqsədəuyğun görünür", - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0