QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzulidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var

© Photo : REPORTУказатель мины
Указатель мины - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.
BAKI, 13 oktyabr — Sputnik. Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.
Qeyd edək ki, ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir ki, oktyabrın 2-dən 8-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 426.5 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Tərtər, Ağdam, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 31 piyada əleyhinə, 67 tank əleyhinə mina, 1267 partlamamış hərbi sursat aşkarlanıb.
Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:
Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
Yalnız gündəlik işlək yollardan istifadə edin!
Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
Naməlum əşyalara toxunmayın!
Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0