https://sputnik.az/20231013/azerbaycan-dovlet-su-ehtiyatlari-agentliyi-payiz-qis-movsumune-hazirlasir---vdeo-459591046.html
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi payız-qış mövsümünə hazırlaşır - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi payız-qış mövsümünə hazırlaşır - VİDEO
Sputnik Azərbaycan
Tədbirlər Planına uyğun olaraq kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki... 13.10.2023, Sputnik Azərbaycan
2023-10-13T23:45+0400
2023-10-13T23:45+0400
2023-10-13T23:45+0400
su
paytaxt xəbərləri
sumqayıt
xocahəsən
xocahəsən qəsəbəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427879444_0:0:1920:1080_1920x0_80_0_0_46ebd3818274f73e0569b1cf00e1f31a.jpg
BAKI, 13 oktyabr — Sputnik. Payız-qış mövsümündə yağış-kanalizasiya şəbəkələrində yarana biləcək fəsadların qarşısının alınması məqsədilə kompleks tədbirlər icra olunur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən tullantı su sistemlərinin istismar vəziyyəti təftiş edilir, baxış quyuları, kollektorlar və xətlər bərk məişət tullantılardan təmizlənir. Təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində aparılmış təftiş-qiymətləndirmə işləri nəticəsində subasma riskləri yüksək olan ərazilərdə baxış quyuları, kanalizasiya kollektorları və xətləri, eləcə də yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənərək onların tam ötürücülük qabiliyyəti təmin olunur. Payız-qış mövsümünə hazırlıqlar çərçivəsində 5 km daşıyıcı kollektorun, 40 km tullantı, 23 km yağış su şəbəkələrinin yuyulması, 4 minədək kanalizasiya baxış quyusunun, 3 min yağış barmaqlığının təmizlənməsi nəzərdə tutulub. Eyni zamanda kanalizasiya nasos stansiyalarında 13 ədəd nasosun quraşdırılması və 2 km tullantı su xətlərinin dəyişdirilməsi planlaşdırılıb. İndiyədək 2 km uzunluğunda kollektorun, 20 km tullantı, 11 km yağış suları xətlərinin yuyulması təmin edilib. Eyni zamanda 2100 baxış quyusu və 1800 yağış barmaqlığı təmizlənib. Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə imkan yaradır. Bununla da, xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur. Tədbirlər Planına uyğun olaraq kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda təmir-sazlama işləri aparılır. Bununla yanaşı, Abşeron yarımadasındakı Böyükşor, Xocasən, Qu, Taşağıl, Masazır, Qotur, Bülbülə göllərində suyun səviyyəsi qiymətləndirilib, həmin göllərə xidmət edən nasos stansiyalarının iş rejimi buna uyğun təmin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427879444_229:0:1669:1080_1920x0_80_0_0_53489477de6679a6385ce60dc878db9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, sumqayıt, xocahəsən, xocahəsən qəsəbəsi
su, sumqayıt, xocahəsən, xocahəsən qəsəbəsi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi payız-qış mövsümünə hazırlaşır - VİDEO
Tədbirlər Planına uyğun olaraq kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda təmir-sazlama işləri aparılır.
BAKI, 13 oktyabr — Sputnik. Payız-qış mövsümündə yağış-kanalizasiya şəbəkələrində yarana biləcək fəsadların qarşısının alınması məqsədilə kompleks tədbirlər icra olunur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən tullantı su sistemlərinin istismar vəziyyəti təftiş edilir, baxış quyuları, kollektorlar və xətlər bərk məişət tullantılardan təmizlənir.
Təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində aparılmış təftiş-qiymətləndirmə işləri nəticəsində subasma riskləri yüksək olan ərazilərdə baxış quyuları, kanalizasiya kollektorları və xətləri, eləcə də yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənərək onların tam ötürücülük qabiliyyəti təmin olunur.
Payız-qış mövsümünə hazırlıqlar çərçivəsində 5 km daşıyıcı kollektorun, 40 km tullantı, 23 km yağış su şəbəkələrinin yuyulması, 4 minədək kanalizasiya baxış quyusunun, 3 min yağış barmaqlığının təmizlənməsi nəzərdə tutulub. Eyni zamanda kanalizasiya nasos stansiyalarında 13 ədəd nasosun quraşdırılması və 2 km tullantı su xətlərinin dəyişdirilməsi planlaşdırılıb. İndiyədək 2 km uzunluğunda kollektorun, 20 km tullantı, 11 km yağış suları xətlərinin yuyulması təmin edilib. Eyni zamanda 2100 baxış quyusu və 1800 yağış barmaqlığı təmizlənib.
Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə imkan yaradır. Bununla da, xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur.
Tədbirlər Planına uyğun olaraq kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda təmir-sazlama işləri aparılır. Bununla yanaşı, Abşeron yarımadasındakı Böyükşor, Xocasən, Qu, Taşağıl, Masazır, Qotur, Bülbülə göllərində suyun səviyyəsi qiymətləndirilib, həmin göllərə xidmət edən nasos stansiyalarının iş rejimi buna uyğun təmin edilib.