https://sputnik.az/20231012/rusiya-ve-qirgizistan-bioloji-tehlukesizliyin-temin-edilmesine-dair-memorandum-imzalayib-459544499.html
Rusiya və Qırğızıstan bioloji təhlükəsizliyin təmin edilməsinə dair memorandum imzalayıb
Rusiya və Qırğızıstan bioloji təhlükəsizliyin təmin edilməsinə dair memorandum imzalayıb
Sputnik Azərbaycan
Bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair anlaşma memorandumu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qırğızıstanın səhiyyə naziri... 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T15:53+0400
2023-10-12T15:53+0400
2023-10-12T15:53+0400
rusiya
rusiya
qırğızıstan
memorandum
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 12 oktyabr — Sputnik. Bişkekdə Putin və Japarov arasında aparılan danışıqlardan sonra Rusiya və Qırğızıstan bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair memorandum və bir sıra digər ikitərəfli sazişlər imzalayıblar. Rusiya Federasiyası və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov Rusiya liderinin respublikaya rəsmi səfəri çərçivəsində birgə sənədlərin imzalanması mərasimində iştirak ediblər. Rusiya Federasiyası Hökuməti ilə Qırğızıstanın Nazirlər Kabineti arasında bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair anlaşma memorandumu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşənəliyev tərəfindən imzalanıb. Həmçinin Qırğızıstan Nazirlər Kabineti ilə Rusiya Federasiyası Hökuməti arasında Qırğızıstan-Rusiya Slavyan Universitetinin fəaliyyətinin şərtləri haqqında Saziş, 2024-2025-ci illər üçün iki dövlətin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş və onların həyata keçirilməsi proqramı imzalanıb. Meşə təsərrüfatının inkişafı, ətraf mühitin və təbii sərvətlərin mühafizəsi sahəsində anlaşma memorandumu imzalanıb. Qırğızıstanın Təhsil və Elm Nazirliyi ilə Lomonosov adına Moskva Dövlət Universiteti arasında niyyət protokolu da imzalanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, qırğızıstan, memorandum
rusiya, qırğızıstan, memorandum
Rusiya və Qırğızıstan bioloji təhlükəsizliyin təmin edilməsinə dair memorandum imzalayıb
Bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair anlaşma memorandumu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşənəliyev tərəfindən imzalanıb.
BAKI, 12 oktyabr — Sputnik. Bişkekdə Putin və Japarov arasında aparılan danışıqlardan sonra Rusiya və Qırğızıstan bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair memorandum və bir sıra digər ikitərəfli sazişlər imzalayıblar.
Rusiya Federasiyası və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov Rusiya liderinin respublikaya rəsmi səfəri çərçivəsində birgə sənədlərin imzalanması mərasimində iştirak ediblər.
Rusiya Federasiyası Hökuməti ilə Qırğızıstanın Nazirlər Kabineti arasında bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair anlaşma memorandumu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşənəliyev tərəfindən imzalanıb.
Həmçinin Qırğızıstan Nazirlər Kabineti ilə Rusiya Federasiyası Hökuməti arasında Qırğızıstan-Rusiya Slavyan Universitetinin fəaliyyətinin şərtləri haqqında Saziş, 2024-2025-ci illər üçün iki dövlətin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş və onların həyata keçirilməsi proqramı imzalanıb.
Meşə təsərrüfatının inkişafı, ətraf mühitin və təbii sərvətlərin mühafizəsi sahəsində anlaşma memorandumu imzalanıb. Qırğızıstanın Təhsil və Elm Nazirliyi ilə Lomonosov adına Moskva Dövlət Universiteti arasında niyyət protokolu da imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.