https://sputnik.az/20231012/rusiya-prezidenti-dunya-iqtisadiyyati-coxqutblu-modele-kecir-459511883.html
Rusiya Prezidenti: Dünya iqtisadiyyatı çoxqütblü modelə keçir
Rusiya Prezidenti: Dünya iqtisadiyyatı çoxqütblü modelə keçir
Sputnik Azərbaycan
Rusiya prezidentinin sözlərinə görə, çoxqütblü modeldə bir neçə artım mərkəzi fəaliyyət göstərir. 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T00:11+0400
2023-10-12T00:11+0400
2023-10-12T00:11+0400
rusiya prezidenti vladimir putin
rusiya
çoxqütblü dünya
model
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459511714_0:0:3071:1728_1920x0_80_0_0_ac9aa5bbd69b3cfcb45985e24c87eb3a.jpg
BAKI, 12 oktyabr — Sputnik. Dünya iqtisadiyyatı çoxqütblü modelə keçir. Bunu Rusiya prezidenti Vladimir Putin "Rusiya Enerji Həftəsi"nin plenar iclasında çıxışı zamanı deyib. Putinin sözlərinə görə, çoxqütblü modeldə bir neçə artım mərkəzi fəaliyyət göstərir. Hər bir ölkənin yeri, rolu və əhəmiyyəti onun dərin dönməz prosesləri dərk etməsi ilə müəyyən edilir. "Rusiya iqtisadiyyatı da indi belə bir struktur transformasiya mərhələsindən keçir. Xarici ticarətin coğrafiyası, məşğulluq parametrləri və sənaye mənzərəsi dəyişir", - deyə Rusiya lideri plenar iclasda vurğulayıb. Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən VI "Rusiya Enerji Həftəsi" - Beynəlxalq Forumunda iştirak edir. Forum çərçivəsində P.Şahbazovun "Turbulentlik dövründə qlobal neft və qaz bazarının idarə edilməsi" sessiyasında müzakirələrə qatılması və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459511714_96:0:2825:2047_1920x0_80_0_0_200f363a7c76dc4e6400c1bb39890748.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, çoxqütblü dünya, model
rusiya prezidenti vladimir putin, çoxqütblü dünya, model
Rusiya Prezidenti: Dünya iqtisadiyyatı çoxqütblü modelə keçir
Rusiya prezidentinin sözlərinə görə, çoxqütblü modeldə bir neçə artım mərkəzi fəaliyyət göstərir.
BAKI, 12 oktyabr — Sputnik. Dünya iqtisadiyyatı çoxqütblü modelə keçir.
Bunu Rusiya prezidenti Vladimir Putin "Rusiya Enerji Həftəsi"nin plenar iclasında çıxışı zamanı deyib.
Putinin sözlərinə görə, çoxqütblü modeldə bir neçə artım mərkəzi fəaliyyət göstərir. Hər bir ölkənin yeri, rolu və əhəmiyyəti onun dərin dönməz prosesləri dərk etməsi ilə müəyyən edilir.
"Rusiya iqtisadiyyatı da indi belə bir struktur transformasiya mərhələsindən keçir. Xarici ticarətin coğrafiyası, məşğulluq parametrləri və sənaye mənzərəsi dəyişir", - deyə Rusiya lideri plenar iclasda vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən VI "Rusiya Enerji Həftəsi" - Beynəlxalq Forumunda iştirak edir.
Forum çərçivəsində P.Şahbazovun "Turbulentlik dövründə qlobal neft və qaz bazarının idarə edilməsi" sessiyasında müzakirələrə qatılması və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.