Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin səfəri - CANLI

Abunə olmaq
Sammitdə Birlik ölkələrinin liderləri təşkilat çərçivəsində cari ildə qarşılıqlı fəaliyyətin yekunlarına nəzər salacaq.
BAKI, 12 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Qırğızıstana rəsmi səfərə gedib.
Səfər zamanı Putin Qırğız Respublikasının Prezidenti Sadır Japarovla danışıqlar aparacaq, həmçinin oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcək.
Sammitdə Birlik ölkələrinin liderləri təşkilat çərçivəsində cari ildə qarşılıqlı fəaliyyətin yekunlarına nəzər salacaq, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək, aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.
Kreml xəbər verir ki, Vladimir Putinin həmkarlarını Rusiyanın 2024-cü ildə MDB-də sədrliyinin prioritetləri barədə məlumatlandırması gözlənilir.
İclasın yekunları üzrə Birliyə üzv dövlətlər arasında iqtisadi, mədəni, humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyan sənədlər paketi imzalanmaq üçün hazırlanıb.
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirməyi planlaşdırır. Bu barədə Rusiya Prezidenti “Rusiya enerji həftəsi”nin plenar iclasında deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0