https://sputnik.az/20231012/dumanin-komissiya-rehberi-rusiya-azerbaycana-xarici-agentlerin-siyahisini-verecek-459530003.html
Dumanın komissiya rəhbəri: Rusiya Azərbaycana xarici agentlərin siyahısını verəcək
Dumanın komissiya rəhbəri: Rusiya Azərbaycana xarici agentlərin siyahısını verəcək
Sputnik Azərbaycan
Piskaryov izah edib ki, MDB ölkələrinin millət vəkillərinin prioritet vəzifəsi xarici müdaxilə cəhdlərinə birgə mübarizə aparmaqdır. 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T19:45+0400
2023-10-12T19:45+0400
2023-10-12T19:45+0400
rusiya
rusiya
azərbaycan
mdb
avrasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 12 oktyabr — Sputnik. Rusiya Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyası (PA) üzrə tərəfdaşlarına ölkədə arzuolunmaz xarici qeyri-hökumət təşkilatlarının (QHT) siyahısını və xarici agentlərin reyestrini təqdim edəcək. Bunu Rusiya Dövlət Dumasının xarici dövlətlərin Rusiyanın daxili işlərinə müdaxiləsi faktlarının araşdırılması üzrə komissiyasının rəhbəri Vasili Piskaryov deyib. Qeyd edək ki, MDB PA-nın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir. O, əlavə edib ki, həmçinin xarici agentlərin reyestri də veriləcək. Dövlət Duması komissiyasının rəhbəri izah edib ki, MDB ölkələrinin millət vəkillərinin prioritet vəzifəsi xarici müdaxilə cəhdlərinə birgə mübarizə aparmaqdır. Onun fikrincə, "Avrasiya məkanındakı təhdidlərin ortaqlığını nəzərə alaraq, ötürdüyümüz məlumatlar MDB-nin hər bir dövlətində, o cümlədən seçkilər zamanı vəziyyətin sabitliyini pozmaq üçün xarici xüsusi xidmət orqanlarının işinin qarşısını almağa kömək edə bilər". Sənədlər cümə axşamı Sankt-Peterburqda açılacaq "MDB PA-ya üzv olan dövlətlərin seçki suverenliyinin müdafiəsi" konfransı zamanı təqdim olunacaq. Tədbir Belarusda vahid səsvermə gününü və 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün monitorinq kampaniyalarına hazırlıq çərçivəsində keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
mdb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan, mdb, avrasiya
rusiya, azərbaycan, mdb, avrasiya
Dumanın komissiya rəhbəri: Rusiya Azərbaycana xarici agentlərin siyahısını verəcək
Piskaryov izah edib ki, MDB ölkələrinin millət vəkillərinin prioritet vəzifəsi xarici müdaxilə cəhdlərinə birgə mübarizə aparmaqdır.
BAKI, 12 oktyabr — Sputnik. Rusiya Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyası (PA) üzrə tərəfdaşlarına ölkədə arzuolunmaz xarici qeyri-hökumət təşkilatlarının (QHT) siyahısını və xarici agentlərin reyestrini təqdim edəcək.
Bunu Rusiya Dövlət Dumasının xarici dövlətlərin Rusiyanın daxili işlərinə müdaxiləsi faktlarının araşdırılması üzrə komissiyasının rəhbəri Vasili Piskaryov deyib.
Qeyd edək ki, MDB PA-nın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.
"MDB ölkələrindən olan tərəfdaşlarımıza Rusiyada dövlətimizin təhlükəsizliyinə təhlükə yaradan 110 arzuolunmaz xarici QHT-nin siyahısını təqdim edəcəyik", - deyə Piskarev jurnalistlərə bildirib.
O, əlavə edib ki, həmçinin xarici agentlərin reyestri də veriləcək.
Dövlət Duması komissiyasının rəhbəri izah edib ki, MDB ölkələrinin millət vəkillərinin prioritet vəzifəsi xarici müdaxilə cəhdlərinə birgə mübarizə aparmaqdır.
Onun fikrincə, "Avrasiya məkanındakı təhdidlərin ortaqlığını nəzərə alaraq, ötürdüyümüz məlumatlar MDB-nin hər bir dövlətində, o cümlədən seçkilər zamanı vəziyyətin sabitliyini pozmaq üçün xarici xüsusi xidmət orqanlarının işinin qarşısını almağa kömək edə bilər".
"Ölkəmizdə başqalarının xarici maraqlarını müdafiə edənlər haqqında məlumat qonşularımız üçün də maraqlı ola bilər", - deyə Piskaryov hesab edir.
Sənədlər cümə axşamı Sankt-Peterburqda açılacaq "MDB PA-ya üzv olan dövlətlərin seçki suverenliyinin müdafiəsi" konfransı zamanı təqdim olunacaq. Tədbir Belarusda vahid səsvermə gününü və 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün monitorinq kampaniyalarına hazırlıq çərçivəsində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.