https://sputnik.az/20231012/abs-gemilerininyaxin-serqe-gonderilmesi-daha-boyuk-gerginliye-sebeb-olacaq---zaxarova-459540761.html
ABŞ gəmilərininYaxın Şərqə göndərilməsi daha böyük gərginliyə səbəb olacaq - Zaxarova
ABŞ gəmilərininYaxın Şərqə göndərilməsi daha böyük gərginliyə səbəb olacaq - Zaxarova
Sputnik Azərbaycan
Zaxarovanın sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tamamilə haqlı olaraq qeyd edib ki, ABŞ hərbi gəmilərinin bölgəyə göndərilməsi yalnız daha... 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T15:04+0400
2023-10-12T15:04+0400
2023-10-12T15:04+0400
abş
rusiya
həmas
mariya zaxarova
israil
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087331_0:0:3089:1739_1920x0_80_0_0_cd0fbb70d10c7dcb0200a51f563b505a.jpg
BAKI, 12 oktyabr — Sputnik. ABŞ hərbi gəmilərinin Fələstin-İsrail münaqişəsi zonasına göndərilməsi regionda daha böyük gərginliyə səbəb olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-da "Rusiya-Türkiyə: əməkdaşlığın gücləndirilməsində medianın rolu" adlı dəyirmi masanın kənarında bildirib. Zaxarovanın sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tamamilə haqlı olaraq qeyd edib ki, ABŞ hərbi gəmilərinin bölgəyə göndərilməsi yalnız daha böyük eskalasiyaya gətirib çıxaracaq. Bir müddət əvvəl Türkiyə lideri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Şərqi Aralıq dənizinə göndərilən ABŞ-ın "Gerald Ford" təyyarədaşıyan gəmisinin münaqişəyə müdaxilə edəcəyi təqdirdə Qəzzada çoxlu sayda insanın ölə biləcəyi barədə xəbərdarlıq edib. HƏMAS silahlılarının Qəzza zolağından İsrail ərazisinə silahlı soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, Qəzza, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087331_360:0:3089:2047_1920x0_80_0_0_ab63c9f189c7ba257981c3d09b383c5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, həmas, mariya zaxarova, israil
abş, həmas, mariya zaxarova, israil
ABŞ gəmilərininYaxın Şərqə göndərilməsi daha böyük gərginliyə səbəb olacaq - Zaxarova
Zaxarovanın sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tamamilə haqlı olaraq qeyd edib ki, ABŞ hərbi gəmilərinin bölgəyə göndərilməsi yalnız daha böyük eskalasiyaya gətirib çıxaracaq.
BAKI, 12 oktyabr — Sputnik. ABŞ hərbi gəmilərinin Fələstin-İsrail münaqişəsi zonasına göndərilməsi regionda daha böyük gərginliyə səbəb olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-da "Rusiya-Türkiyə: əməkdaşlığın gücləndirilməsində medianın rolu" adlı dəyirmi masanın kənarında bildirib.
"Bəli, bu, daha da böyük eskalasiyaya gətirib çıxaracaq", - deyə o, türk jurnalistlərin müvafiq sualını cavablandırıb.
Zaxarovanın sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tamamilə haqlı olaraq qeyd edib ki, ABŞ hərbi gəmilərinin bölgəyə göndərilməsi yalnız daha böyük eskalasiyaya gətirib çıxaracaq.
Bir müddət əvvəl Türkiyə lideri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Şərqi Aralıq dənizinə göndərilən ABŞ-ın "Gerald Ford" təyyarədaşıyan gəmisinin münaqişəyə müdaxilə edəcəyi təqdirdə Qəzzada çoxlu sayda insanın ölə biləcəyi barədə xəbərdarlıq edib.
HƏMAS silahlılarının Qəzza zolağından İsrail ərazisinə silahlı soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, Qəzza, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.