https://sputnik.az/20231011/veten-muharibesinin-novbeti-gunu-genceye-xaincesine-hucum-459484886.html
Vətən müharibəsinin növbəti günü: Gəncəyə xaincəsinə hücum
Vətən müharibəsinin növbəti günü: Gəncəyə xaincəsinə hücum
Sputnik Azərbaycan
Şərəf tariximiz olan Vətən müharibəsinin yaddaqalan məqamlarını oxuculara çatdırmaqda davam edirik. 11.10.2023, Sputnik Azərbaycan
2023-10-11T07:32+0400
2023-10-11T07:32+0400
2023-10-11T07:32+0400
qarabağ
vətən müharibəsi
tarixdə bu gün
payızın 44 anı
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_0:94:1800:1107_1920x0_80_0_0_142f709a55b184b1aecc69cb951d089a.jpg
BAKI, 11 oktyabr - Sputnik. 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.Üç il əvvəl oktyabrın 10-dan 11-nə keçən gecə itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfindən məhv edilib.Müdafiə Nazirliyinin həmin gün yaydığı məlumata görə, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edib.Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib."Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilirdi.Həmin gün səhər saatlarında Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nın HHM bölmələrimiz tərəfindən məhv edilmişdi. Müdafiə Nazirliyi PUA-nın məhv edilmə anının videosunu yaymışdı:Vətən müharibəsiSentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_100:0:1700:1200_1920x0_80_0_0_208a5acbf8f46e29a125ffc7fc206d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vətən müharibəsi, tarixdə bu gün , payızın 44 anı, müdafiə nazirliyi
vətən müharibəsi, tarixdə bu gün , payızın 44 anı, müdafiə nazirliyi
Vətən müharibəsinin növbəti günü: Gəncəyə xaincəsinə hücum
Şərəf tariximiz olan Vətən müharibəsinin yaddaqalan məqamlarını oxuculara çatdırmaqda davam edirik.
BAKI, 11 oktyabr - Sputnik. 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Üç il əvvəl oktyabrın 10-dan 11-nə keçən gecə itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfindən məhv edilib.
Müdafiə Nazirliyinin həmin gün yaydığı məlumata görə, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edib.
Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
"Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilirdi.
Həmin gün səhər saatlarında Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nın HHM bölmələrimiz tərəfindən məhv edilmişdi. Müdafiə Nazirliyi PUA-nın məhv edilmə anının videosunu yaymışdı:
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.